Elnur
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları
41
olunmuş əhəngdaşları park və meydançaların, bina fasadlarının və
s. ictimai yerl
ərin bəzədilməsində keyfiyyətli üzlük materialı kimi
istifad
ə oluna bilər.
Qalak
ənd qızıllı-mis kolçedan təzahürü
Şəmkirçay hövzəsində Qalakənd kəndindən cənub-qərbdə
yerl
əşir. H. İ. Əliyev (1991-1998) tərəfindən aşkar olunan bu
t
əzahürün sahəsində qədim dağ qazmaları mövcuddur. Çox
güman ki, bu
ərazidə Siemens firması tərəfindən dağ-qazma işləri
aprılmışdır.
T
əzahürün sahəsi təxminən 1,5 kv. km. sahəni əhatə edir ki,
burada alt bayos yaşlı albitləşmiş andezit-bazaltlar, psammit
tufları və tuf qumdaşları; Üst bayosun riolit və riodasitləri tuf
qlavrelitl
əri, tuf argillitləri iştirak edir. Sahənin geoloji quruluşu
bir sıra şimal-qərb istiqamətli qırılmalarla mürəkkəbləşmişdir. Bu
qırılmalar boyu ətraf süxurlar hidrotermal dəyişmələrə məruz
qalmışlar. Burada bir-birinə paralel kvars damarcıqlarına malik,
hidrotermal d
əyişmiş, piritləşmiş, limonitləşmiş iki zona vardır.
Zonalarda qazılmış xəndəklərdən götürülmüş sınaqlarda Au-
0,25-0,75 q/t, Ag-2,6-6,5 q/t, Cu-0,01%, Mo-0,002%, Pb-0,01%,
Zn-0,01-
0,1% aşkar edilmişdir.
Dostları ilə paylaş: