Elnur
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları
90
Başqışlaq polimetal təzahürü
Başqışlaq barit yatağının bir neçə damarında barit-polimetal
filizl
əşməsi müşahidə olunur. Qurğuşun-sink filizləşməsi barit-
kvars damarları ilə əlaqədardır və bu filizləşmə dərinliyə getdikcə
artır. Barit və onlarla əlaqədar olan sulfid minerallaşması
hidrotermal m
ənşəlidir və genetik olaraq
kvars-diorit və diorit
t
ərkibli subvulkanik intruzivlərin maqmadan sonrakı fəaliyyəti ilə
əlaqədardır.
Sarısu kükürd kolçedanı yatağı
Sarısu kəndindən cənub-qərbdə, Sarısu çayının
sol sahilində,
Kimeric yaşlı vulkanogen və terrigen-çökmə mənşəli çöküntülərin
iç
ərisində yerləşir. Bu çöküntülər orta və turş tərkibli kiçik
subvulkanik kütl
ələrlə yarılır. İntensiv kaolinləşmə, limonitləşmə
v
ə zəif piritləşmə ilə xarakterizə olunan kolçedan filizləşməsi
şimal-şərq istiqamətində uzanan və cənub-şərqə 80
0
bucaq altında
düşən qırılma pozulması boyu müşahidə olunur. Filizləşmənin
qalınlığı 2-5 m. təşkil edir.
Dostları ilə paylaş: