397) Vərəm qranulomasında hansı hüceyrəyə rast gəlinmir?
A) Neytrofillər
B) Giqant yad cisim hüceyrələri
C) Makrofaqlar
D) Lanqhans hüceyrələri
E) Epitelioid hüceyrələr
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
398) Piogen membran nəyi əhatə edir?
A) Fleqmonanı
B) Karbunkulu
C) Hematomanı
D) Xroniki absesi
E) Xoşxassəli şişi (məsələn, adenoma)
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
399) Mikroskopik müayinə zamanı miokardın stromasında limfoid hüceyrələrdən, leykosit, histiosit, fibroblast və plazmatik hüceyrələrdən ibarət diffuz infiltrasiya görünür. Ürəkdə aşkar edilən bu proses nə adlanır?
A) İnterstitsial produktiv miokardit
B) Qranulomatoz miokardit
C) Fibrinoz-irinli pankardit
D) İrinli ekssudativ miokardit
E) Kardiomiopatiya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |