532) Aşağıda kəskin leykozların hansı növü göstərilmişdir?
A) Kəskin diferensiasiya etməmiş leykoz
B) Kəskin paraproteinemik leykoz
C) Kəskin fibromatoz leykoz
D) Kəskin fibroz leykoz
E) Kəskin fulminant leykoz (ildırımvari)
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
533) Qanyaradıcı (hemopoetik) toxumanın sistem şiş xəstəliyi necə adlanır?
A) Generalizə olunmuş hemangioma
B) Hemopoetoma
C) Diffuz limfoma
D) Leykoz
E) Yayılmış (və ya sistem) qan xərçəngi
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
534) Bəzi xroniki leykozlar zamanı leykoz hüceyrələri tərəfindən qanda normada rast gəlinməyən anomal zülallar sintez edilərək qana buraxılır. Belə xroniki leykozlar necə adlanır?
A) Paraproteinemik leykozlar
B) Anomal leykozlar
C) Hiperproteinemik leykozlar
D) Heterozülal leykozlar
E) Disproteinemik leykozlar
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |