558) Hansı patologiya xroniki leykozlara aid edilmir?
A) Xroniki monositar leykoz
B) Plazmositoma
C) Həqiqi polisitemiya
D) Histiositozlar
E) Göbələyəbənzər mikoz
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
559) Anemiya nəyə deyilir?
A) Orqanizmdə dövran edən qanın ümumi həcminin azalması
B) Hansısa konkret bir nahiyəyə gedən qanın miqdarının azalmasına
C) Vahid həcm qanda hemoqlobinin (eritrositlərin) ümumi miqdarının azalmasına
D) Qanın damar mənfəzindən kənara çıxmasına
E) Qanda atipik leykoz hüceyrələrinin olması (azqanlılıq)
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
560) İnkişaf mexanizmlərindən (etio-patogenezindən) asılı olaraq aşağıda anemiyaların hansı qrupu göstərilmişdir?
A) Dishemopoetik anemiyalar
B) Displastik anemiyalar
C) Xroniki anemiyalar
D) Arterial anemiyalar
E) Diapedez anemiyalar
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |