541) Aşağıdakı hansı xəstəlik paraproteinemik leykozlara aiddir?
A) Paraproteinemik C-reaktiv leykoz
B) Mielom xəstəliyi
C) Xroniki proteoleykoz
D) Xroniki monositar leykoz
E) Kəskin paraproteinemik xloroz
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
542) ”Ulduzlu səma” (Starry sky) əlaməti göstərilən hansı xəstəlik üçün xarakterdir?
A) Xroniki mieloleykoz
B) Yuinq sarkoması
C) Kəskin limfoblast leykoz
D) Berkitt xəstəliyi
E) Yumurtalığın kistası
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
543) Aşağıda göstərilən hansı patoloji proses bəzən ağırlaşma kimi leykozlar zamanı ölümə səbəb olur?
A) Kəskin sümük iliyi çatışmazlığı
B) Pnevmoskleroz və xroniki ağ ciyər çatışmazlığı
C) Toksiki miokardit (ürəyin erkən iflici)
D) Hemorragik sindrom
E) Leykozun maliqnizasiyası
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
544) Aşağıda göstərilən hansı hüceyrə limfoqranulomatoz xəstəliyi üçün xarakterdir?
A) Virxov hüceyrələri
B) Aşoff-Talalayev hüceyrələri
C) Atipik leykoz hüceyrələri
D) Xockinin böyük hüceyrələri
E) Berkitt hüceyrələri
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |