648) Miokardın subendokardial infarktı nədir?
A) İnfarkt ocağı miokardın uzunluğu boyunca böyük sahəyə malik olur
B) İnfarkt endokarddan başladıqdan sonra epikarda doğru yayılır
C) İnfarkt ocağı endokardın altında, ona bitişik yerləşir
D) İnfarkt endokardda yerləşir
E) İnfarkt ocağı miokardın ortasında yerləşir
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
649) Ürəyin cırılması və tamponadası adətən miokardın hansı infarktı zamanı baş verir?
A) Rektik (cırılma) infarkt
B) Subendokardial infarkt
C) Transmural infarkt
D) Subepikardial infarkt
E) Tamponada infarktı
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
650) Aşağıdakı hansı patologiya xroniki ürək çatışmazlığının morfoloji ekvivalentidir?
A) Miokardın infarktı
B) Diffuz endokardit
C) Kardioskleroz
D) Difteriya mənşəli toksiki miokardit
E) Miokardın kəskin işemik distrofiyası
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
651) “Baş beynin qırmızı yumşalması” hansı patologiya ilə əlaqədar meydana çıxır?
A) İşemik insult
B) Hemorragik insult
C) Revmatizmin serebral forması
D) Beyin damarlarında proliferativ vaskulit
E) Ümumi hemosideroz
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
652) Hansı patoloji proses kəskin serebro-vaskulyar xəstəliklərin (insult) baş verməsinin səbəblərinə aiddir?
A) Beyin əsası damarlarının birində anevrizmanın olması
B) Hialinozla əlaqədar elastikliyini itirmiş beyin arteriollarının cırılması
C) Orqanizmin ümumi intoksikasiyası
D) Baş beynin venoz damarlarında tromboflebit
E) Aterosklerotik dəyişikliklərlə əlaqədar beyin damarlarının mənfəzlərinin daralması
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
Dostları ilə paylaş: |