656) Baş beyin maddəsində infarktdan sonra həmin nahiyədə nə əmələ gəlir?
A) Baş beyin maddəsinin ağ yumşalması və divarları ağ rəngdə olan kista
B) Çapıq toxuması
C) Qranulyasiya toxuması
D) Baş beyin maddəsinin qırmızı yumşalması və divarları pas rəngində olan kista
E) İnfarktdan sonrakı (postinfarkt) iri ocaqlı serebroskleroz
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
657) Hansı patoloji proses kəskin serebro-vaskulyar xəstəliklərin (insult) baş verməsinin səbəblərinə aiddir?
A) Beyin damarlarının trombemboliyası
B) Meninqoensefalit
C) İrsi meyllilik
D) Hialinozla əlaqədar beyin arteriollarının mənfəzlərinin daralması
E) Aterosklerozla əlaqədar beyin arteriyalarının mənfəzlərinin daralması
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |