658) Aşağıda göstərilən hansı ifadə baş beynə qansızmanın sinonimidir?
A) Baş beynin işemik insultu
B) Beyin əsası damarlarında arterio-venoz anostomozlarda malformasiya
C) Beyin damarlarının malformasiyası
D) Baş beynin apopleksiyası
E) Beyin əsası damarlarının anevrizması
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
659) Meyit müayinəsi zamanı baş beynin sağ yarımkürəsində gicgah payında ölçüləri təxminən 3,0 x 3,0 sm, divarı zəif pas rəngində olan kista aşkar olunmuşdur. Bu, nə deməkdir?
A) Qlioblastoma
B) Əvvəllər xəstədə həmin nahiyədə hemorragik insult olmuşdur
C) Xoşxassəli adenomatoz törəmə
D) Əvvəllər xəstədə həmin nahiyədə baş beynin işemik insultu olmuşdur
E) Baş beyin maddəsinin polikistozu (anadangəlmə)
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
660) Hansı patoloji proses kəskin serebro-vaskulyar xəstəliklərin (insult) baş verməsinin səbəblərinə aiddir?
A) Toksiki ensefalopatiya
B) Beyin damarlarının, xüsusilə də arteriolların və kiçik kalibrli arteriyaların uzun müddətli spazmı
C) Qocalıq və bununla əlaqədar beyin qabığının atrofiyası
D) Kəskin posthemorragik anemiya
E) Beyin damarlarında vaskulitlər
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |