378) Aşağıda kəskin leykozların hansı növü göstərilmişdir?
A) Kəskin paraproteinemik leykoz
B) Kəskin fulminant leykoz (ildırımvari)
C) Kəskin fibroz leykoz
D) Kəskin fibromatoz leykoz
E) Kəskin diferensiasiya etməmiş leykoz
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
379) Qanyaradıcı (hemopoetik) toxumanın sistem şiş xəstəliyi necə adlanır?
A) Leykoz
B) Diffuz limfoma
C) Hemopoetoma
D) Generalizə olunmuş hemangioma
E) Yayılmış (və ya sistem) qan xərçəngi
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
380) Bəzi xroniki leykozlar zamanı leykoz hüceyrələri tərəfindən qanda normada rast gəlinməyən anomal zülallar sintez edilərək qana buraxılır. Belə xroniki leykozlar necə adlanır?
A) Heterozülal leykozlar
B) Hiperproteinemik leykozlar
C) Anomal leykozlar
D) Paraproteinemik leykozlar
E) Disproteinemik leykozlar
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |