556) “Nüvə patologiyası” hansı xəstəlik üçün xarakterdir?
A) Şeqrenin quru sindromu
B) Qırmızı qurdeşənəyi xəstəliyi
C) Şüa xəstəliyi (qamma şüalanmalar)
D) İrsi genetik xromosom patologiyaları
E) Bədxassəli şişlərdə nüvə dəyişiklikləri
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
557) “Lyupus-nefrit” hansı xəstəlik üçün xarakterdir?
A) Böyrək vərəmi
B) Böyrək amiloidozu
C) Revmatizm
D) Qırmızı qurdeşənəyi
E) Tubulo-interstitsial nefrit
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
558) “Məftiləbənzər ilgəklər sindromu” böyrəklərdə hansı xəstəlik zamanı inkişaf edir?
A) Mielom xəstəliyi
B) Böyrək amiloidozu
C) Kəskin böyrək çatışmazlığı
D) Xroniki böyrək çatışmazlığı
E) Qırmızı qurdeşənəyi
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
559) Aşağıdakı hansı morfoloji dəyişiklik qırmızı qurdeşənəyi xəstəliyi zamanı adətən rast gəlinmir?
A) “Lyupus-nefrit”
B) Nüvə patologiyası
C) Arteriolosklerotik nefroskleroz
D) Bütün üzv və toxumalarda yarımkəskin iltihabi dəyişikliklər
E) Birləşdirici toxumada kəskin distrofik və nekrotik dəyişikliklər, dezorqanizasiya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |