629) Aşağıdakı hansı patoloji proses mədənin xroniki xora xəstəliyinin ağırlaşması ola bilər?
A) 12-barmaq bağırsağın eroziyası və xora xəstəliyi
B) Petrifikasiya
C) Böyrəyin ikincili amiloidozu
D) Hepatorenal sindrom
E) Heç biri
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
630) Aşağıda göstərilən hansı patoloji proses kəskin qastritlərin bir formasıdır?
A) Yarımkəskin qastrit
B) Kəskin qastropatiya
C) Səthi qastrit
D) Kəskin hipoasid qastrit
E) Kəskin fibrinoz qastrit
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
631) Aşağıda göstərilən hansı patologiya mədənin simptomatik xoralarına aid deyil?
A) Medikamentoz xora xəstəliyi
B) Stres xoralar
C) Durğunluq xoraları
D) Endokrin xoralar
E) Xroniki xora xəstəliyi
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
632) Aşağıdakı hansı patologiya kəskin qastritlər zamanı rast gəlinən xarakter morfoloji dəyişikliklərdən hesab edilə bilər?
A) Hiperemiya və leykositar infiltrasiya
B) Sklerotik dəyişikliklər və ödem
C) Mədənin selikli qişa epitellərinin maliqnizasiyası
D) Selikli qişanın atrofiyası
E) Vəzli strukturlarda atrofik və distrofik dəyişikliklər
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
633) Aşağıdakı hansı proses mədənin xroniki xora xəstəliyinin bir mərhələsi hesab edilir?
A) Eroziya mərhələsi
B) Deskvamasiya mərhələsi
C) Metaplaziya mərhələsi
D) Xroniki nekrotik qastrit mərhələsi
E) Sağalma mərhələsi
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
634) Kəskinləşmə dövründə xroniki xoranın divarında hansı qata rast gəlmək mümkündür?
A) Kazeoz nekroz qatı
B) Fibrinoid nekroz qatı
C) Vertikal kapilyarlar qatı
D) Orta qat
E) Daxili piogen qat
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
635) Aşağıdakı hansı patologiya kəskin appendisitin ağırlaşması kimi inkişaf edə bilməz?
A) Periappendisit
B) Peritiflit
C) İrinli pileflebit
D) Peritonit
E) Maliqnizasiya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
636) Mədənin xroniki xora xəstəliyinin patogenezində mühüm rol oynayan hansı yerli amil göstərilmişdir?
A) Mərkəzi sinir sistemi pozğunluqları
B) Perforasiya
C) Xroniki hipertrofik qastrit
D) Həddən artıq isti, yaxud da həddən artıq soyuq qidaların qəbulu
E) Turşu-peptik faktoru
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
637) Makroskopik görünüşünə görə aşağıda mədə xərçənglərinin hansı növü göstərilmişdir?
A) Diffuz xərçəng
B) Pilorik xərçəng
C) Diferensiasiya etməmiş xərçəng
D) Yastıepitelli xərçəng
E) Adenokarsinoma
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
638) Mədənin xroniki xorasının inkişaf edərək mədəaltı vəz toxumasına da keçməsi necə adlanır?
A) Xoranın perforasiyası
B) Xoranın kəskinləşməsi
C) Xoranın maliqnizasiyası
D) Xoranın penetrasiyası
E) Xoranın metaplaziyası
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |