Patoloji anatomiya


) Göstərilən hansı patoloji proses destruktiv appendisitlərin bir növüdür?



Yüklə 0,87 Mb.
səhifə218/324
tarix02.01.2022
ölçüsü0,87 Mb.
#2699
1   ...   214   215   216   217   218   219   220   221   ...   324
652) Göstərilən hansı patoloji proses destruktiv appendisitlərin bir növüdür?

A) İnterstitsial appendisit

B) Qeyri-spesifik xoralı appendisitt

C) Dərin appendisit

D) Kataral appendisit

E) Apostematoz appendisit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
653) Aşağıda kəskin appendisitin çox rast gəlinən hansı ağırlaşması göstərilmişdir?

A) Maliqnizasiya

B) Penetrasiya

C) İltihabi ağırlaşma

D) Perforasiya

E) Distrofik ağırlaşma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
654) Hansı dəyişiklik xroniki atrofik qastrit üçün xarakterdir?

A) Selikli qişada çoxlu eroziya ocaqlarının olması

B) Selikaltı qatda diffuz şəkildə limfo-leykositar infiltrasiya

C) Fibrinoz iltihab

D) Selikli qişanın enteralizasiyası

E) Selikli qişada qansızmalar


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
655) Soxulcanabənzər çıxıntıda hansı dəyişiklik kəskin appendisit üçün xarakter deyildir?

A) Əzələ liflərinin destruksiyası

B) Çıxıntının divarının sklerozu

C) Hiperemiya

D) Selikli və əzələ qatlarda seroz iltihabi ekssudat

E) Ödem
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.


656) Aşağıdakı hansı patoloji proses kəskin hemorragik pankreatitlər üçün xarakter dəyişiklik hesab edilmir?

A) Qan damarlarının divarında nekrotik dəyişikliklər

B) Langerhans adacıqlarında sklerotik dəyişikliklər

C) Pankreas ətrafı yumşaq toxumada steatonekroz

D) Nekroz ocaqlarının qanla hopması

E) Nekroz ocaqlarının ətrafında neytrofil qarışıqlı perifokal limfo-leykositar infiltrasiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
657) Qalça bağırsağın terminal hissəsindən götürülmüş bioptatın mikroskopik müayinəsi zamanı aşkar edilən hansı morfoloji dəyişiklik Kron xəstəliyi üçün xarakter hesab edilə bilər?

A) Selikli qişanın örtük epitellərinin deskvamasiyası, selikli qişanın atrofiyası

B) Örtük epitellərinin və vəz epitellərinin sitoplazmalarında ağır hidropik distrofiya

C) Limfoid follikullarda “beyinvari şişkinləşmə”

D) Fibrinoz ərp

E) Sarkoidozabənzər qranulomalar, müxtəlif dərinlikli nekrotik şırımlar


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   ...   324




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin