118) Aşağıdakı hansı piqment hemoqlobinogen piqmentlərə aiddir?
A) Duz turşusu hematini
B) Hemofussin
C) Lipofussin
D) Adrenoxrom
E) Seroid
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
119) Aşağıda göstərilən hansı maddə patoloji hemoqlobinogen piqmentdir?
A) Formalin hematini
B) Hemolitik sarılıqlar zamanı dəridə aşkar edilən bilirubin
C) Xlorid turşusu
D) Mexaniki sarılıqlar zamanı qanda aşkar edilən birləşmiş bilirubin
E) Yanıq xəstəliyi zamanı dəridə aşkar edilən patoqlobin
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
120) Kalsinoz nədir?
A) Müxtəlif patologiyalarla əlaqədar kalsium duzlarının toxumalara çökməsi
B) Orqanizmdə kalsiumun miqdarının artması
C) Sümüklərdə kalsiumun miqdarının azalması
D) Sümüklərdə kalsiumun miqdarının artması
E) Çoxsaylı sümük sınıqları zamanı qanda kalsiumun miqdarının çoxalması
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |