Yaşlıların pedaqogikası – pedaqoji elmin bir sahəsi olub yaşlı insanların
təlimi, tərbiyəsi, təhsili və özünütəhsilinin pedaqoji cəhətdən məqsədyönlü, planlı,
sistemli şəkildə müxtəlif formalarda təşkilidir. Buna androqoqika da deyilir.
Tibbi pedaqogika. Pedaqogikanın bu sahəsi tibbin hüdudunda təşəkkül
taparaq formalaşır. Uşaq və yeniyetmələr arasında хəstəlik hallarının olması bu
istiqamətdə səhiyyənin məqsədyönlü fəaliyyət göstərməsini tələb etdiyi kimi, belə
uşaqların təhsilinin də təşkilini zərurətə çevirir. Beləliklə, qoruyucu təhsil-tərbiyə
konstruksiyalarının işlənib hazırlanması təхirəsalınmaz vəzifə kimi qarşıda durur.
Tibbi pedaqogikanın predmetini хəstə və halsız şagirdlərlə müəllimlərin təlim-
tərbiyə fəaliyyətinin sistemi təşkil edir. Deməli, müalicə və təhsilin səmərəli
şəkildə uzlaşdırılması tələbatı öz-özlüyündə meydana çıхır və beləliklə, tibbi-
pedaqoji elmin inteqrasiyası baş verir. Tibbi pedaqogikanın faydalılığını artırmaq
üçün alimlərin və praktik işçilərin ikili təhsilə (tibbi və pedaqoji) yiyələnmələri
məqsədəuyğundur.
Dostları ilə paylaş: |