Pedaqogika elmi haqqinda ümumi anlayiş Əhatə olunan məsələlər



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə2/31
tarix25.12.2016
ölçüsü0,7 Mb.
#2903
1   2   3   4   5   6   7   8   9   ...   31
2. Pedaqogika nəzəri və tətbiqi elmdir 

 

Pedaqoji biliklər qədimdir və bəşər cəmiyyətinin inkişafından ayrılmazdır. Bu 

biliklər böyüyən nəslin həyata hazırlanması, onun təlim və tərbiyəsi ilə bağlı insan 

fəaliyyətinin  spesifik  sahəsinə  aiddir.  Bəşəriyyətin  tərəqqisi  dünyaya  gələn  yeni 

nəslin özündən əvvəlki nəsillərin istehsal, sosial və mənəvi təcrübəsinə yiyələnmə-

si,  onu  daha  da  zənginləşdirilmiş  halda  yeni  nəslə  ötürülməsi  sayəsində  mümkün 

olmuşdur. Bu, insan cəmiyyətinin mövcudluğuna və inkişafına zəmin yaratmışdır. 

İstehsalın  daha  da  inkişafı  və  mürəkkəbləşməsi  sayəsində  elmi  biliklərin 

həcmi  artmış,  böyüməkdə  olan  nəslin  həyata  hazırlanması  daha  da  mühüm 

əhəmiyyət  kəsb  etmiş,  təhsil-tərbiyə  işinin  xüsusi  təşkil  olunmuş  şəraitdə  həyata 

keçirilməsi  zərurəti  yaranmışdır.  Təhsil  cəmiyyətin  obyektiv  tələbatına  çevrilmiş 

və  onun  inkişafının  mühüm  şərti  olmuşdur.  Nəticədə,  təlim  və  tərbiyə  işi  xüsusi 

ictimai funksiya kimi ayrılmış, yəni xüsusi təlim, tərbiyə və tədris müəssisələri və 

uşaqları  oxudan,  öyrədən,  tərbiyə  edən  peşə  sahibləri  –  pedaqoqlar  meydana 

gəlmişdir.  

Təlim  və  tərbiyə  nəzəriyyəsinin  intensiv  inkişafına  baxmayaraq,  XVII  əsrə 

qədər pedaqogika bir sıra digər elmlər kimi fəlsəfənin tərkib hissəsi olmuşdur. 

Bir  çox  alimlər  pedaqogikanı  onun  özündən  kənarda  və  özündən  asılı 

olmayaraq işlənib hazırlanan normativ biliklər sistemi hesab etmişlər. Ona görə də 

həm müstəqil bir elm sahəsi, həm də tədris fənni kimi pedaqogikanın bir elm kimi 

formalaşması  uzun  sürən  və  mürəkkəb  proses  olmuşdur.  Hələ  vaxtı  ilə  İ.Kant 

(1724-1804),  G.V.Hegel  (1770-1831),  İ.F.Herbart  (1776-1841)  fəlsəfə  kursundan 

mühazirələr  oxuyan  zaman  pedaqogika  onun  bir  hissəsi  kimi  qalmaqda  idi. 

Bununla  belə,  alman  alimləri  H.Myunşterberq  (1863-1915),  E.Meyman  (1862-

1915),  Amerika  psixoloqu  U.Ceyms  (1842-1910),  rus  pedaqoqu  K.D.Uşinski 

(1824-1870) pedaqogikanın mümkün qədər müstəqil bir elm olmasını istəyirdilər.  

XX  əsrin  20-30-cu  illərində  nəzəriyyəçi  pedaqoqlar  göstərdilər  ki, 

pedaqogikanın statusu haqqındakı təsəvvürlər yanlışdır. Onlar belə hesab edirdilər 

ki,  pedaqogika  digər  elmlərin  məlumatlarını  assimilyasiya  etməklə  yanaşı,  nisbi 

müstəqil  elm  sahəsidir.  Buna  baxmayaraq,  elmi  biliklər  sisteminin  modeli 

qurularkən ənənəvi olaraq üç əsas bilik sahələri – təbiət, cəmiyyət və təfəkkür elm-

ləri orada əsas yer tutur.  

Nəzəri  problemlərin  intensiv  həlli  metodikalarının  formalaşması,  metodoloji 

məsələlər  üzrə  tədqiqatların  nəticələri  pedaqogikanın  müstəqil  bir  elm  kimi  öz 




hüquqlarını  bərpa  etməsinə  imkan  verdi.  Artıq  XX  əsrin  30-40-cı  illərində 

pedaqogikanın həm nəzəri və həm də tətbiqi bir elm olması təsdiq olundu.  

Məlum  olduğu  kimi,  vahid  olan  elmin  hər  bir  sahəsi  başqa  sahələrindən  üç 

mühüm əlamətinə görə fərqlənir: a) hər bir sahənin özünün xüsusi tədqiqat obyekti 

və buna uyğun predmeti vardır;     b) hər bir sahə özünün obyektini öyrənmək üçün 

tədqiqat  metodlarından  istifadə  edir;  ç)  hər  bir  sahənin  tədqiqat  obyektinə  uyğun 

olan  anlayışlar  sistemi  fəaliyyət  göstərir.  Pedaqogika  elminin  başqa  elmlərdən 

fərqləndirən birinci əlamət onun özünəməxsus tədqiqat obyektinə malik olmasıdır. 

Bu  obyekt  bəşəriyyətin  əldə  etmiş  olduğu  təcrübəni  yeni  nəsillərə  verməyin 

spesifik  xüsusiyyətləri  ilə  xarakterizə  olunur.  Təcrübənin  verilməsinin 

qanunauyğunluqlarını, prinsiplərini, yollarını pedaqogika elmindən başqa, heç bir 

elm özü üçün spesifik obyekt hesab edə bilməz. Həmin obyektdə (yəni təcrübənin 

verilməsi  prosesində)  fəaliyyət  göstərən  qanunauyğunluqlar,  prinsiplər,  metodlar 

və s. məhz pedaqogikanın anlayışlar sistemini təşkil edir. Pedaqogika öz obyektini 

öyrənmək üçün pedaqoji müşahidə, pedaqoji müsahibə, pedaqoji eksperiment kimi 

tədqiqat  metodlarından  istifadə  edir  ki,  başqa  elmlərdə  həmin  metodlar  özünü 

pedaqogikada olduğu şəkildə büruzə vermir .  

Pedaqogika özünün tətbiqi hissəsi üçün baza elmidir. O, digər elmlərdən bəzi 

ideyaları əxz edir, amma hər şeydən əvvəl özünün nəzəri tədqiqatlarına əsaslanır. 

Nəzəri  pedaqogika  pedaqoji  elmlər  sisteminə  daxil  olan  bütün  elm  sahələri  üçün 

baza  elmidir.  Onların  hamısının  elmi-nəzəri  əsasını  müasir  nəzəri  pedaqogika 

təşkil edir.  

Pedaqogika  elminin  sürətlə  diferensiasıyası  nəticəsində  o,  artıq  adi 

pedaqogika yox, ümumi pedaqogika statusunu almışdır. Ona bu statusun verilməsi 

həm  şaxələnmə  hadisələrinin  baş  verməsi,  həm  də  baza  elmi  statusunu  saxlaması 

ilə  əlaqədardır.  Hər  bir  elm  kimi  pedaqogika  da  öz  müstəqilliyini  saxlamaqla  bir 

sıra  başqa  elmlərlə  sıx  əlaqədardır.  Bu  əlaqə  ilk  növbədə  insanı  başqa  istiqamət-

lərdə öyrənən elmlərlə bağlıdır. Pedaqogika hər şeydən əvvəl ümumi psixologiya, 

uşaq  psixologiyası,  pedaqoji  psixologiya  və  sosial  psixologiya  ilə  əlaqədardır. 

Bioloji  elmlər,  fiziologiya,  gigiyena  ilə  pedaqogikanın  əlaqəsi  qaçılmazdır. 

Danılmazdır ki, tarix boyu pedaqoji nəzəriyyələr fəlsəfi görüşlərlə sıx bağlı olmuş, 

çox zaman filosoflar tərəfindən irəli sürülmüşdür. Müxtəlif tərbiyə sistemləri bu və 

ya  başqa  fəlsəfi  cərəyanın  təsiri  altında  olmuş,  zəmanəmizin  ya  qabaqcıl,  ya  da 

mürtəce  fəlsəfəsinə  istinad  etmişdir.  Ayrı-ayrı  ölkələrdə  ictimai,  iqtisadi,  siyasi 

quruluşun  müxtəlifliyi  ilə  əlaqədar  müxtəlif  pedaqoji  cərəyanlar  yaranmışdır. 

Pedaqogika elmi bu cərəyanların təbiətini açır, təlim, tərbiyə və təhsil sahəsindəki 

əks-sədanı təhlil edir, onların mütərəqqi cəhətlərini ortaya qoyur.  

Bir  elm  kimi  pedaqogikanın  funksiyaları  (vəzifələri)  onun  predmeti  ilə 

şərtlənir, hansı ki, bu funksiyalar nəzəri və texnoloji olmaqla iki yerə bölünür. 

Unutmayaq  ki,  pedaqogika  özünün  nəzəri  və  texnoloji  funksiyalarını 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin