Tərbiyə anlayışı. Tərbiyə - davranışla əlaqədar olan mənəvi keyfiyyətlərin
məqsədyönlü, planlı və mütəşəkkil şəkildə formalaşdırılması prosesidir.
Yaşlı nəslin əldə etdiyi bilk, bacarıq və təcrübənin yetişən nəslə məqsədyönlü,
planlı, mütəşəkkil şəkildə verilməsi, öyrədilməsidir. Demək, tərbiyə etmək həm də
öyrətmək deməkdir. Tərbiyə prosesində həm təlim prosesi, təlim prosesində də
tərbiyə prosesi mövcuddur.
Tərbiyə - təlim, məlumat verməklə hər hansı bir adət, ədəb və davranış
qaydalarını aşılamaqla yetişdirib böyütmə, ərsəyə çatdırma deməkdir. İnsanın
ümumi mədəni inkişafı, sistematik təsir və təlim nəticəsində biliyə, əxlaqi
vərdişlərə yiyələnməsi həm də gözəl əxlaqa sahib olması deməkdir.
Tərbiyə ( ər.
) rəbb kökündən əmələ gəlmiş və aşağıdakı mənaları ifadə
edir: 1) rəba
artmaq, çoxalmaq; 2) rabbə
böyütmək, ərsəyə çatdırmaq ; 3)
rəbb
tərbiyə etmək, doğru yol göstərmək, islah etmək. Göstərilən hər üç məna
“tərbiyə” sözünün etimologiyasına aiddir. Müqəddəs Qurani-Kərimdə ən çox xatır-
lanan
sözü Allahın 99 adından biri olub “tərbiyə edən, nemət verən,
insanları mənəvi yüksəlişə aparan” deməkdir. Mürəbbiyə (ər.
) sözü də “rəbb”
kəlməsindən əmələ gəlib “tərbiyəçi” mənasını verir.
Dilimizdə tərbiyə anlayışı ədəb, əxlaq sözü ilə də yaxın mənalarda işlənir.
Ədəb sözü ərəb dilində “nəzakətli, tərbiyəli, ədəbli olmaq” mənalarını verən
“ədəbə” kökündən əmələ gəlmişdir.
Əxlaq
sözü isə ərəbcə
“xəlq” (mənası “yaratma, səciyyə, xarakter”)
sözünün cəmi olub, insanın təbiətində olan xasiyyətləri və davranışları, eləcə də
həyatı boyu qazandığı keyfiyyətləri və xasiyyətləri yaratmaq, səciyyələndirmək
tərbiyə etmək deməkdir.
“Məxluq” sözü də “xəlq” sözündən əmələ gəlmişdir. Azərbaycan xalqının
milli xüsusiyyətləri, özünəməxsus səciyyəsi, adət və ənənələri vardır. Məsələn,
qonaqpərvərlik, böyüyə hörmət, qadına hörmət, ağsaqqal, ağbirçək sözünün
eşidilməsi, xalqın səciyyəvi, xarakterik xüsusiyyəti olmaqla, həm də əxlaqi
keyfiyyətdir. Xalq misalında deyilir: “Qonağın ruzusunu Allah yetirir”. M.
Kaşqarlı hələ XI əsrdə deyirdi: “Paltarın yaxşısını özünə götür, yeməyin yaxşısını
qonağa ötür. ”
Pedaqogika öyrədir ki, insan yaşadığı cəmiyyətin üzvləri ilə rəftarında əxalqi
normalara, etik prinsiplərə əməl etməlidir.
Demək, tərbiyə məqsədyönlü, planlı təsir nəricəsində şəxsiyyətin
formalaşması prosesidir. Hazırda bəzi tədris ədəbiyyatında tərbiyə hələ də həm
geniş və dar sosial mənada, həm də geniş və dar pedaqoji mənada işlədilir. Bəzi
tədqiqatçılar haqlı olaraq belə çoxmənalılığın əleyhinə çıxır, elmi anlayışların, bir
məna kəsb etməsi fikrini müdafiə edirlər. Tərbiyə anlayışının ən azı dörd mənada
işlədilməsi uzun illər tərbiyənin pedaqogika elminin predmeti hesab edilməsi ilə
bağlı olmuşdur.
Tərbiyə şəxsiyyətə mütəşəkkil, məqsədyönlü, planlı təsirlərin bütün növlərini,
o cümlədən təlimin tərbiyələndirici cəhətini özündə ehtiva edir.
Dostları ilə paylaş: |