prosesdir. Bu pis tərbiyənin nəticəsidir. Çünki yenidəntərbiyə zamanı tərbiyəçi iki
əsas istiqamətdə iş aparmalı olur. O, bir tərəfdən uşağın şüurunda həkk olunmuş
arzuolunmaz, zərərli əxlaqi və ya digər mənəvi keyfiyyətin yanlışlığını isbat etməli,
onu inandırmalı və aradan qaldırmalıdır. Digər tərəfdən də tərbiyəçi cəmiyyət üçün
faydalı olan yeni keyfiyyətləri uşağa aşılamalıdır. Yanlış və ya zərərli mənəvi
keyfiyyətlər uşağın şüurundan davranışına süzüldükdə tərbiyəçinin işi daha da
çətinləşir. O, nəinki uşağın mənəvi aləminə, həm də əməlinə, davranış tərzinə təsir
göstərməli olur. Odur ki, uşağın tərbiyəsini lap balacalıqdan düzgün qurmaq
zəruridir. Ona görə deyirlər: “Ağac yaş ikən, uşaq beşikdə ikən”.
Uşağın şüurunda və ya davranışında kök salmış zərərli əlamətlərin ləğvi,
onların əvəzində ictimai əhəmiyyət kəsb edən keyfiyyətlərin uşaqlara aşılanması
yenidəntərbiyədir.
Özünütərbiyə.
Tərbiyə
də,
yenidəntərbiyə
də
özünütərbiyə
ilə
nəticələnməlidir. Özünütərbiyə yaxşı tərbiyənin nəticəsidr. Tərbiyə və
yenidəntərbiyə zamanı uşağa özünütərbiyə bacarığı verilməlidir. Bəzi uşaqlar və
yeniyetmələr valideynlərin, müəllimlərin və digər tərbiyəçilərin bilavasitə nəzarəti
olmayan şəraitdə düzgün düşünə və düzgün hərəkət edə bilmirlər. Belə uşaqları öz
tərbiyəçilərinin tələblərinə uyğun şəkildə fikirləşməyə və davranmağa alışdırmaq
lazımdır. Tərbiyəçilərin bilavasitə nəzarəti olmadan, lakin onların məsləhətlərinə
uyğun şəkildə uşaqlar nə qədər tez fəaliyyət göstərsələr, bir o qədər ailə üçün,
cəmiyyət üçün yaxşıdır. Bu tərbiyə işinin müvəffəqiyyətli getdiyini göstərən əsas
meyarlardan biridir.
Valideynlərin, müəllimlərin, digər tərbiyəçilərin nəzarəti olmadığı şəraitdə
onların verdiyi istiqamətə uyğun düşünməyə və davranmağa uşaqların alışması
prosesi özünütərbiyədir.
Dostları ilə paylaş: