Pedaqogika elmi haqqinda ümumi anlayiş Əhatə olunan məsələlər



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə10/31
tarix25.12.2016
ölçüsü0,7 Mb.
#2903
1   ...   6   7   8   9   10   11   12   13   ...   31
Yenidəntərbiyə. Yenidəntərbiyə tərbiyəyə nisbətən çətin və mürəkkəb pedaqoji 

prosesdir.  Bu  pis  tərbiyənin  nəticəsidir.  Çünki  yenidəntərbiyə  zamanı  tərbiyəçi  iki 

əsas  istiqamətdə  iş  aparmalı  olur.  O,  bir  tərəfdən  uşağın  şüurunda  həkk  olunmuş 



arzuolunmaz, zərərli əxlaqi və ya digər mənəvi keyfiyyətin yanlışlığını isbat etməli, 

onu inandırmalı və aradan qaldırmalıdır. Digər tərəfdən də tərbiyəçi cəmiyyət üçün 

faydalı  olan  yeni  keyfiyyətləri  uşağa  aşılamalıdır.  Yanlış  və  ya  zərərli  mənəvi 

keyfiyyətlər  uşağın  şüurundan  davranışına  süzüldükdə  tərbiyəçinin  işi  daha  da 

çətinləşir. O, nəinki uşağın mənəvi aləminə, həm də əməlinə, davranış tərzinə təsir 

göstərməli  olur.  Odur  ki,  uşağın  tərbiyəsini  lap  balacalıqdan  düzgün  qurmaq 

zəruridir. Ona görə deyirlər: “Ağac yaş ikən, uşaq beşikdə ikən”.  

Uşağın  şüurunda  və  ya  davranışında  kök  salmış  zərərli  əlamətlərin  ləğvi, 

onların  əvəzində  ictimai  əhəmiyyət  kəsb  edən  keyfiyyətlərin  uşaqlara  aşılanması 

yenidəntərbiyədir.  

Özünütərbiyə. 

Tərbiyə 


də, 

yenidəntərbiyə 

də 

özünütərbiyə 



ilə 

nəticələnməlidir.  Özünütərbiyə  yaxşı  tərbiyənin  nəticəsidr.  Tərbiyə  və 

yenidəntərbiyə  zamanı  uşağa  özünütərbiyə  bacarığı  verilməlidir.  Bəzi  uşaqlar  və 

yeniyetmələr valideynlərin, müəllimlərin və digər tərbiyəçilərin bilavasitə nəzarəti 

olmayan şəraitdə düzgün düşünə və düzgün hərəkət edə bilmirlər. Belə uşaqları öz 

tərbiyəçilərinin  tələblərinə  uyğun  şəkildə  fikirləşməyə  və  davranmağa  alışdırmaq 

lazımdır.  Tərbiyəçilərin  bilavasitə  nəzarəti  olmadan,  lakin  onların  məsləhətlərinə 

uyğun  şəkildə  uşaqlar  nə  qədər  tez  fəaliyyət  göstərsələr,  bir  o  qədər  ailə  üçün, 

cəmiyyət  üçün  yaxşıdır.  Bu  tərbiyə  işinin  müvəffəqiyyətli  getdiyini  göstərən  əsas 

meyarlardan biridir.  



Valideynlərin,  müəllimlərin,  digər  tərbiyəçilərin  nəzarəti  olmadığı  şəraitdə 

onların  verdiyi  istiqamətə  uyğun  düşünməyə  və  davranmağa  uşaqların  alışması 

prosesi özünütərbiyədir.  


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin