Təhsil anlayışı. Pedaqogika elminin başlıca analyışlarından olan
“təhsil” sözü ərəb dilində “hasil”, “məhsul” mənalarını verən
“həsələ”
kökündən əmələ gəlmişdir. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunda
yazılmışdır: “Təhsil – sistemləşdirilmiş bilik, bacarıq, təcrübə və vərdişlərin
mənimsənilməsi prosesi və onun nəticəsidir”. Hər bir dövlətin və millətin inki-
şafında onun təhsilinin müstəsna rolu var. Təsadüfi deyil ki, Ulu Öndərimiz Heydər
Əliyev təhsili “Millətin gələcəyi, müstəqil dövlətin təməli” adlandırmış və demişdir
ki, cəmiyyət təhsilsiz yaşaya bilməz.
Təhsilin məqsədi: hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşdırılması;
özünün maraqlarına və cəmiyyətin tələbinə uyğun olaraq yaradıcı potensialından
istifadə etmək bacarığının inkişaf etdirilməsi; mütərəqqi adət və ənənələrin davam
etdirilməsi; elmin, texnikanın, mədəniyyətin inkişaf etdirilməsi, tarixi varisliyin
təmin edilməsi; dünyanın elmi surətdə anlaşılması; millətlər arası mədəniyyətlərin
inkişaf etdirilməsi; təhsilin bütün istiqamətlərinin yeniləşdirilməsi; insanın bütün
həyatı boyu fasiləsiz təhsili; təhsilin müyəssərliyi; distant təlimin inkişaf
etdirilməsi; informasiya texnologiyalarından geniş surətdə istifadə olunması;
təhsilalanların akademik mobilliyi; vətəndaş tərbiyəsi; pedaqoji kadrların elmi təd-
qiqatçılıqda fəal iştirakı; yüksək ixtisaslı mütəxəssis kadrlarının hazırlığının təmin
edilməsi; peşə mobilliyi və s.
Təhsil müəyyən tədris müəssisələrində və ya müstəqil yolla həyata kеçirilir.
Təhsil gеniş anlayışdır. Оnun bütün növləri və fоrmaları bu anlayışda
cəmləşir. Məktəbəqədər təhsil, ibtidai təhsil, natamam оrta təhsil, ümumi orta
təhsil, оrta iхtisas təhsili, ali təhsil, tехniki pеşə təhsili, pedaqoji təhsil, tibbi təhsil,
hərbi təhsil, bakalavr təhsili, magistr təhsili, doktorantura təhsili, fasiləsiz təhsil,
əlavə təhsil, dini təhsil, özünütəhsil və s. təhsil anlayışına aiddir.
Təhsil intellektual potensialın reallaşdırılmasına, mütəxəssislərin, peşəkar
kadrların yetişdirilməsinə xidmət edir. Bu kadrlar ilk növbədə çağdaş sosial-
iqtisadi həyatın tələblərini ödəmək üçündür. Bu barədə Heydər Əliyev belə
demişdir: “Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla inkişaf etmək üçün insan
müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır.”
Həm elmin inkişafında iştirak edən, həm müasir texnologiyalara yiyələnə
bilən, istehsalı günbəgün modernləşdirə bilən kadrların yetişdirilməsi isə təhsilin
inkişafından asılıdır. Ona görə də, təhsil bir tərəfdən dövlətin, digər tərəfdən
ictimai-iqtisadi prosesin diqqət mərkəzində olmalıdır.
Fikrimizcə, təhsil anlayışının aşağıdakı kimi interpretasiya olunması daha
məqbuldur:
Təhsil cəmiyyətin və dövlətin mənafeyi naminə şəxsiyyətin intellektual və
emosional sferalarını inkişaf etdirmək, onun həyata hazırlanması məqsədi ilə
sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun
nəticəsidir.
Dostları ilə paylaş: |