olaraq fəlsəfədən ayırmaq mümkün deyil. Psixologiyasız və etikasız, o, öz
təməlindən ayrı düşür. Bu fənlər də öz növbəsində metafizika və idrak nəzəriy-
düşüncələr sisteminə cəlb edir. Pedaqogika və tərbiyə tarixi ilə bağlı bir çox
tədqiqatların çatışmazlığı bundadır ki, onların müəllifləri təhsilə baxışlar
kompleksini fəlsəfi və psixoloji düşüncənin ümumi axarından ayırırlar. Ona görə
də, pedaqogika tarixi müxtəlif didaktika üsullarının sadalanmasından ibarət olur.
Lakin, axı bu üsullar özü konkret bir dövrdə doğulmuşdur və özündə zamanın
hazırlanması bilik və bacarıqlara yiyələnməsi məsələləri insan və cəmiyyət, insan
və dünya problemlərinin tərkib hissəsidir. Təsadüfi deyildir ki, bu məsələlərə
ənənəvi olaraq məhz filosofların əsərlərində müraciət edilmişdir. Yeni dövrə qədər
tərbiyə məsələləri də, didaktika problemləri də məhz filosoflar tərəfindən hazırlan-
mışdır. Pedaqogikanın nisbətən müstəqil bir elm sahəsi kimi formalaşması ilk
növbədə filosoflardan Y.A.Komenskinin, J.J.Russonun, C.Lokkun yaradıcılıqları
ilə bağlıdır. İ.Kantın “Pedaqogika haqqında”, “Maarifləndirmə nədir?” – sualına
cavab”, “Antropoloji didaktika” əsərlərində, Hegelin “Gimnaziya direktorunun
çıxışları”, “Universitetdə fəlsəfənin tədrisi”, “Gimnaziyalarda fəlsəfənin tədrisi”
əsərləri müasir kurikulum probleminin metodoloji əsaslarını təşkil edir.
Pedaqogika ilə fəlsəfə arasında qarşılıqlı münasibətə dair əsasən üç mövqe vardır.
Bəziləri (P.Narton, F.Paulsen, Q.Gerşensteyner, S.Y.Volfson və başqaları)
pedaqogikanı “tətbiqi fəlsəfəyə” aid edirlər. Onlar haqlı olaraq düşünürlər ki,
fəlsəfənin sahələri olan etika, estetika, məntiq və s. ictimai həyatın sahələrini, o
cümlədən təlim və tərbiyə məsələlərini də əhatə edir. Lakin onlar bu düzgün
fikirdən belə bir səhv nəticə çıxarırlar ki, fəlsəfə tərbiyə işinin məqsədini,
pedaqogika isə onu həyata keçirməyin yollarını müəyyənləşdirir. Buna görə də
onlar pedaqogikanı tətbiqi fəlsəfə adlandırırlar. Belə çıxır ki, pedaqogikanın
əsalarını və qanunauyğunluqlarını fəlsəfədə axtarmaq lazımdır. Bu mövqe ilə
razılaşmaq olmaz. Başqa bir qrup mütəxəssis (Z.Freyd, G.Max, E.Meyman,
İ.Krecmep, P.P.Blonski, A.P.Pinkevic və başqaları) pedaqoji qanunauyğunluqları
fəlsəfədə axtarmağın düzgün olmadığını əsaslandıraraq psixologiyaya meyil etmiş
və düşünmüşlər ki, pedaqogikanın başlıca dayağı psixologiya olmalıdır.
Fikrimizcə, pedaqogikanı fəlsəfədən ayırmaq cəhdi uğursuzdur. Çünki humanitar
elm olan pedaqogika metodologiyasız keçinə bilməz. Təlimin, təhsilin, tərbiyənin
və inkişafın bir çox problemlərini metodoloji dayaqsız həll etmək mümkün deyil.
Üçüncülərə E.İ.Monoszon N.K.Qonçarov, F.F.Korolyov, B.P.Yesipov və başqaları
aid edilir. Onlar bir çox halda fəlsəfi müddəaları mexaniki şəkildə pedaqogikaya
gətirirlər. Dialektik materializmə istinad edən pedaqoqları (M.M.Mehdizadə,
N.M.Kazımov, B.A.Əhmədov, F.N.İbrahimov və başqalarını) dördüncü qrupa aid
etmək olar.
Onlar təlim, tərbiyə, təhsil və inkişaf məsələlərini konkret şəraitlə əlaqədar
nəzərdən keçirirlər. Onların fikrincə, məsələn, pedaqoji prosesin səmərəlilik
dərəcəsi konkret şəraitdən də asılı olur. Eyni üsulun səmərəsi bir şəraitdə çox,
başqa şəraitdə az ola bilər. Yaxud dialektik materializmə istinad edən pedaqogika
həm təlim və tərbiyə prosesini, həm də uşağı əqli-şüuru inkişafda nəzərdən keçirir.
Uşaq daim inkişafda olduğundan və ətraf mühit amillərinin ona təsiri
dəyişdiyindən tərbiyəvi təsirlər də başqalaşmış olur. Dialektik materializmə
əsaslandıqda pedaqoji prosesin hərəkətverici qüvvələrini və qanunauyğunluqlarını
onun özündə axtarmalı oluruq. Dialektik materializm həm də təhsil və pedaqoji
fikir tarixi məsələlərinin təhlili və öyrənilməsinə düzgün yanaşmağa imkan verir.
Unutmaq lazım deyil ki, hər pedaqoji nəzəriyyəyə və ya fikrə onun yarandığı
şəraitlə əlaqədar qiymət vermək zəruridir.
Məlumdur ki, dialektik və tarixi materializm təbiət və cəmiyyətin obyektiv
inkişaf qanunauyğunluqlarını müəyyən edir. Bu qanunlar pedaqoji gerçəkliyin
ayrı-ayrı sahələrində də fəaliyyət göstərir. Pedaqoji prosesdə insanların biliklərə
yiyələnməsi və inkişafı fəlsəfi qanunlar əsasında baş verir. Təlim və tərbiyə
prosesində mövcud olan ziddiyyətlər inkişafın əsasını təşkil edir. Digər tərəfdən
elmi dünyagörüş varlığın obyektiv şəkildə dərk olunması, maddi aləm
hadisələrinin qarşılıqlı əlaqə və vəhdətdə olduğunu qavranması, inkişaf və
dəyişmənin zəruriliyinin dərk edilməsi əsasında baş verir. Bu isə pedaqogikanın
fəlsəfə ilə qarşılıqlı əlaqəsi sayəsində mümkün olur.
Dostları ilə paylaş: