mövcuddur: illik və gündəlik planlaşdırma. Müəllim tədris vahidlərinin də
planlaşdırmasını təşkil edə bilər. Səmərəli planlaşdırmanı qurmaq üçün təcrübə
lazımdır.
Məktəb fəaliyyəti dövründə dərs və tədris vahidlərinin planlaşdırılması
təcrübənin formalaşmasına müsbət təsir göstərir. Qiymətləndirmə planlaşdırma
və təlimlə sıx əlaqəlidir, biri digərinin mövcudluğuna zamin yaradır.
Dərslərin məzmunu
XXI əsrdə əmək fəaliyyətinə başlayan, iş dünyasına daxil olan gənc üçün gərəkli
bilik, bacarıq, anlama və yanaşmalar 15 il əvvəl tələb olunanlardan çox fərqlidir.
Məhz bu səbəbdən müəllimin
nəyi və necə tədris etməsi, həmçinin təlim
proqramları
mütəmadi dəyişməli, daim nəzarət altında saxlanılmalıdır. Dərsi
planlaşdırmadan
əvvəl
qısa
vaxtda
təlim
nəticələrinin
sxemini
müəyyənləşdirmək lazımdır.
Həmçinin qanunvericilik, proqramlar və onların
terminologiyası ilə tanışlıq vacibdir.
Dostları ilə paylaş: