Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin


Ailə tərbiyəsində məktəbin rolu haqqında fikirlərinizi bildirin



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə52/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   48   49   50   51   52   53   54   55   ...   69
Pedaqogika imtahan cavabları

55.Ailə tərbiyəsində məktəbin rolu haqqında fikirlərinizi bildirin 
XXI əsrdə də uşaq diqqət mərkəzindədir. Şəxsi mövqeyə malik, prioritetlərini 
müəyyənləşdirən, həyatın mənasını dərk edən, hərəkətlərinə görə məsuliyyət 
daşıyan şəxsiyyətin tərbiyəsi ailə ilə məktəbin birgə fəaliyyətini labüdləşdirir. 
Pedaqoqun əsas vəzifəsi gənc nəslin təlim-tərbiyəsinin təşkili olduğundan hər bir 
müəllim tərbiyə məsələləri, uşaqların, yeniyetmələrin davranışı və digər 
problemləri ilə bağlı ailəyə kömək göstərməli, onlarla sıx əməkdaşlıq etməlidir. 
Valideynlərin maariflənməsində məktəb psixoloqunun da fəaliyyəti önəmlidir.
Məktəblə ailə arasında əlaqələr müxtəlif formada ola bilər. Şagirdlərin 
tərbiyəsində valideyn iclaslarının rolu danılmazdır. Valideyn iclasları keçirilərkən 
aşağıdakı məsələlər nəzərə alınmalıdır: 


• Valideyn iclaslarının əsas məqsədi şagirdlərin səhvlarini və 
uğursuzluqlarını vurğulamaq üçün deyil, onları maarifləndirmək məqsədilə 
təşkil olunmalıdır.
• İclasın mövzusu şagirdlərin fərdi xüsusiyyətləri ilə əlaqəli olmalı, sırf onları 
nəzərə almalıdır.
• İclaslarda şagird şəxsiyyətinin mühakiməsi və müzakirəsi aparılmamalıdır. 
• İclaslarda müxtəlif təqdimat və videoroliklərin müzakirəsini təşkil etmək 
məqsədəuyğundur. 
• Pedaqoq iclasa əvvəlcədən hazırlaşmalı, müzakirə olunacaq problemləri 
dəqiq müəyyənləşdirməlidir. 
Müəllim ailə ilə iş prosesində onun adət-ənənələri, problemləri, hər bir üzvünün 
iş rejimi, iş xüsusiyyətləri, uşağa daha çox təsir edən valideyn və s. məsələlər 
haqqında məlumatlar toplayıb, ailə-məktəb əmək daşlığının səmərəli yollarını 
müəyyənləşdirməlidir. 
Müasir dövrdə ünsiyyətin müxtəlif yollarından istifadə ailə-məktəb 
münasibətlərinin daha səmərəli olmasına münbit şərait yaradır. Belə ki, sinif 
rəhbərləri, fənn müəllimləri sosial şəbəkələrdə qruplar və ya e-mail vasitəsilə 
valideynlərlə çevik əlaqələr qura bilər. Həftəlik elektron hesabatların da 
müntəzəm olaraq valideynlərə göndərilməsi pedaqoji prosesin səmərəsini 
yüksəldən amillərdəndir. Məktəb valideynlə əməkdaşlığın maksimum dərəcədə 
faydalı olması üçün münbit iqlim yaratmalıdır. İstənilən əməkdaşlığım 
müvəffəqiyyəti yaradılan mühitdən bilavasitə asılıdır. Pedaqoji kollektiv 
valideynlərlə yaxşı davranmalıdır. Yalnız belə halda valideynlər övladları ilə bağlı 
problemlərin müzakirəsinə hazır olacaqlar. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin