İnkişafın böhran dəyişikliklərin asılılığı və qeyri-müntəzəmliyi:
Təlimin fəaliyyət xarakterli olması haqqında təsəvvür
Psixikanın əlamət vasitəsilə ifadə olunması konsepsiyası;
Şüurun sistem-məna quruluşu və inkişafı haqqında müddəa;
İnkişafın sosial vəziyyəti haqqında müddəa.
L.Vıqotskinin əsas ideyası təlim və inkişafın birgə, əlaqəli fəaliyyət
göstərməsindən ibarətdir. Buna əsasən təlim inkişafı qabaqlayır, onu
stimullaşdırır və eyni zamanda aktual inkişafa əsaslanır. Yəmi, təlim uşaq
inkişafının dünəninə deyil, sabahına istiqamətlənməlidir. Sözügedən müddəa
təlimin təşkili ilə yanaşı, bütün pedaqogikada da önəmli rola malikdir.
Dostları ilə paylaş: