Pedaqogika kafedrasi ali MƏKTƏb pedaqogikasi


Fəaliyyətin təşkili və ictimai davranış təcrübəsini formalaşdıran metodlar



Yüklə 280,35 Kb.
səhifə68/90
tarix25.09.2023
ölçüsü280,35 Kb.
#148080
növüMühazirə
1   ...   64   65   66   67   68   69   70   71   ...   90
lazım olsa əlavə mənbə

Fəaliyyətin təşkili və ictimai davranış təcrübəsini formalaşdıran metodlar. Bu metodlar qrupu insanda müsbət adətlər yaratmaq və iradəni möhkəmlətməklə düz- gün davranış təcrübəsi formalaşdırmağa xidmət edir. İnsan qəbul etdiyi mənəvi ide- yanı, öz əqidə və inamını gündəlik davranış və rəftarında tətbiq edir, müəyyən fəaliyyətə alışır. Bu mənada bəzi pedaqoji mənbələrdə bu metodlar qrupu alışdırma metodları adlanır. Həmin metodlar bir çox formalarda olur.

  1. İnsanın müxtəlif fəaliyyət növlərinə cəlb edilməsi onda davranış təcrübəsinin forma- laşmasında böyük rol oynayır.

  2. Tərbiyələndirici situasiyaların yaradılması metodu əvvəlki metodla sıx bağlıdır. Burada da tərbiyəçi müxtəlif fəaliyyət növlərinin vasitəsilə gəncləri xüsusi təşkil edilmiş tərbiyəedici situasiyaya salır.

  3. Tələb metodu insanı müsbət əməllərə sövq etmək və xoşagəlməz hərəkət- lərdən çəkindirmək yolu ilə düzgün davranış təcrübəsi formalaşdırmaq məqsədi gü- dür. Tələb tərbiyənin vacib şərtidir: tələbsiz tərbiyə yoxdur (A.S.Makarenko).

  4. İctimai rəy metodu tələbin kollektiv forması olub, müəyyən şəxs və hərəkətlə



bağlı kollektivin ümumi rəyini, qiymətini ifadə edir.

  1. Təmrin (məşq) metodu hərəkətlərin təkrarı yolu ilə onları möhkəmləndirib müsbət davranış adətləri yaratmaq məqsədi güdür.

  2. Rejim insanın həyat və davranışını tənzim edən qaydaların məcmusudur. İn- sanın günü rejimlə tənzim edildikdə o, müəyyən qaydalara tez alışır, onda davranış adətləri daha tez və asanlıqla yaranır.

Fəaliyyəti və davranışı stimullaşdıran metodlar. Bu metodlar qrupu insanın hissi aləminə təsir göstərməklə onu yaxşı hərəkətləri möhkəmlətməyə, pis hərəkət- lərdən çəkindirməyə xidmət edir. Buna görə də bəzi pedaqoji mənbələrdə bu metodlar qrupu rəğbətləndirmə və cəza metodları adlanır. Bu qrupa habelə yarış metodu da daxildir.
Yarış metodu insanın fəallığını, təşəbbüskarlığını stimullaşdıran, qabaqcıllar sırasına çıxması üçün səylərini gücləndirməyə kömək edən təsirli vasitədir. Bu metodun sosial-psixoloji əsası ondan ibarətdir ki, hər bir insan, o cümlədən, yeniyetmə və gənc sağlam rəqabətə, başqalarından fərqlənməyə, özünütəsdiqə meylli olur. Yarış metodu bu meyli təmin etməyə xidmət göstərir.
Rəğbətləndirmə metodu insanın davranış və fəaliyyətinə verilən müsbət qiymət olub, onu daha yaxşı hərəkətlərə həvəsləndirən metoddur.
Tərbiyə təcrübəsində rəğbətləndirmənin müxtəlif növlərindən istifadə olunur: bəyənmək, tərifləmək, şifahi və ya yazılı təşəkkür vermək, mükafatlandırmaq, şərəf lövhəsinə və ya kitabına tələbənin şəklini vurmaq, fəxri fərmanla təltif etmək, vali- deynlərə razılıq məktubu göndərmək və s.
Cəzalandırma metodu insanın davranış və fəaliyyətinə verilən mənfi qiymət olub, onu pis hərəkətlərdən çəkindirmək məqsədi güdür.
Tərbiyə işində cəzanın müxtəlif növlərindən istifadə olunur: danlaq, şifahi və yazılı töhmət, qəbahəti iclasda müzakirə etmək, insanı müəyyən həzzdən (kinoya, gəzməyə getməkdən, oyundan və s.) məhrum etmək və s.
Cəzalandırma və rəğbətləndirmə çox incə tərbiyə metodlarıdır. Ondan düzgün istifadə etmədikdə tərbiyə işinə ziyan vura bilər. Buna görə də rəğbətləndirmə və cəza zamanı bəzi şərtləri gözləmək vacibdir: a) rəğbətləndirmə və cəza ədalətli (gəncin

hərəkətinə uyğun) olmalı; ədalətsiz, yaxşı ölçülüb-biçilməmiş, tələsik verilən cəza tərbiyə işinə böyük ziyan vura bilər; b) cəza zamanı müəyyən hədd gözlənməli (çox tətbiq edildikdə təsirini itirə bilər); c) gənclərin yaş və fərdi xüsusiyyətləri nəzərə alınmalı (məsələn, yeniyetmə və gənci dərsdə ayaq üstə saxlamaqla cəza vermək olmaz); ç) kollektivin rəyi ilə hesablaşmalı (bu, müəllimi səhvlərdən çəkindirə bilər);



  1. rəğbətləndirmə və cəza mütləq xarakter daşımamalıdır (gənc bilməlidir ki, bu gün yaxşı hərəkətinə görə tərifləndiyi kimi, sabah pis hərəkətinə görə cəza ala bilər).


Yüklə 280,35 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin