Pedaqogika kafedrasi ali MƏKTƏb pedaqogikasi



Yüklə 280,35 Kb.
səhifə19/90
tarix25.09.2023
ölçüsü280,35 Kb.
#148080
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   90
lazım olsa əlavə mənbə

Suallar və tapşırıqlar


  1. Şəxsiyyət, fərd və fərdiyyət anlayışlarını səciyyələndirin.

  2. Şəxsiyyətin inkişafı haqqında baxışları müqayisə edin.

  3. Şəxsiyyətin inkişafının mənbəyini izah edin. Nə üçün eyni ailədə böyüyən iki insan bəzən bir-birindən kəskin şəkildə fərqlənir?

  4. Şəxsiyyətin inkişafına dair hansı nəzəriyyələr vardır ? Onlara münasibətinizi bildirin.

  5. Şəxsiyyətin inkişafında bioloji və sosial amillərin rolu nədən ibarətdir?

  6. Tələbə şəxsiyyətinin xüsusiyyətlərini izah edin.

  7. Tələbə şəxsiyyətinin inkişafının pedaqoji-psixoloji şərtlərini səciyyələndirin.



Ədəbiyyat


  1. Rüstəmov F., Dadaşova T. Ali məktəb pedaqogikası. B., 2007.

  2. Kazımov N. Ali məktəb pedaqogikası. B., 1999.

  3. İsmixanov M., Bəxtiyarova R. Ali məktəb pedaqogikası (mühazirə kursu). B., 2010.

  4. M.İsmixanov. İnsan xarakteri və münasibətləri (ailə, sevgi, dostluq). B.,

2009.


  1. mühazirə


Pedaqoji prosesdə müəllimin rolu. Ali məktəb müəllimi

Plan:


  1. Müəllimin cəmiyyətdə və pedaqoji prosesdə rolu. Müəllimlik işinin xüsusiy- yətləri.

  2. Ali məktəb müəlliminin funksiyaları, hüquq və vəzifələri

  3. Müəllimin peşə qabiliyyətləri

  4. Müəllimin şəxsi keyfiyyətləri və pedaqoji ustalığı



    1. Müəllimin cəmiyyətdə və pedaqoji prosesdə rolu. Müəllimlik işinin xüsusiyyətləri


Gənclərin təlim-tərbiyəsində, yüksək hazırlıqlı mütəxəssislər kimi yetişməsində müəllim çox böyük rol oynayır. Cəmiyyətin, millətin gələcəyi, müəyyən mənada, müəllimin əlindədir. Millət məktəbdən, müəllimdən başlanır. Deyirlər ki, bir milləti məhv etmək üçün onun müəlliminin və həkiminin savadsız olması kifayətdir: biri milləti mənəvi cəhətdən, digəri isə fiziki cəhətdən şikəst edəcəkdir. Bu hal müəllim kadrlarının hazırlığına xüsusi diqqət yetirməyi tələb edir.
Müəllim cəmiyyətdə aparıcı qüvvədir. O, yaşlı nəslin təcrübəsini gənc nəslə verir. Görkəmli şəxsiyyətlər müəllimin əməyinə yüksək qiymət vermiş, müəllimi gü- nəşə, bağbana, mühəndisə, heykəltəraşa, sərkərdəyə, həkimə bənzətmişlər. Çünki o, günəş kimi insanlığa mənəvi həyat verir; bağban kimi uşaq və gənclərə daim qayğı göstərir; mühəndis kimi insan qəlbinin layihəsini cızır; heykəltəraş kimi gənc qəlbi və ağlı cilalayır; sərkərdə kimi cahilliyə, vəhşiliyə, şərə qarşı amansız mübarizə aparır; həkim kimi millətin mənəvi sağlamlığı keşiyində durur.
Cəmiyyətdə olduğu kimi, məktəbdə də müəllim böyük qüvvədir. Gənc nəslin bilik və tərbiyə səviyyəsi, ağlının və qəlbinin formalaşması, ilk növbədə, müəllimdən, onun peşə-ixtisas və vətəndaşlıq keyfiyyətlərindən asılıdır.
Pedaqoji fəaliyyəti düzgün qurmaq üçün müəllimlik işinin xüsusiyyətlərini
nəzərə almaq lazımdır. Bu xüsusiyyətlərə daxildir:

  1. Müəllimlik şərəfli işdir; çünki öz həyatını xalqın gələcəyinə həsr edir. Xalqa

verilmiş həyat isə xoşbəxtlikdir.



  1. Müəllimlik məsuliyyətli işdir; çünki o, ən qiymətli kapital olan insanla işləyir; bu işdə isə səhvə yol vermək olmaz.

  2. Müəllimlik çətin və mürəkkəb işdir; çünki müəllimin fəaliyyət obyekti olan insan özü mürəkkəbdir, zəngin və incədir.

Pedaqoji fəaliyyətin çətinliyi həm də ondadır ki, müəllimin tərbiyə etdiyi insan dəyişkəndir; bu gün zəif oxuyan, intizamsızlıq edən sabah düzələ bilər və ya əksinə. Müəllim öz yetirmələrinin inkişafını izləməli, təhlil etməli, onları düzgün istiqamət- ləndirməlidir.
ç) Müəllimlik yaradıcı işdir: çünki müəllim hazır göstərişlərlə işləyə bilməz. Hər bir konkret halda qarşıya çıxan məsələlərə müstəqil və yaradıcı yanaşmaq, qeyri- standart qərarlar qəbul etmək lazım gəlir. Bunun üçün müəllimdən müstəqil düşünmə, yaradıcı təfəkkür tələb olunur.
Görkəmli rus pedaqoqu və psixoloqu P.P.Blonskinin təbirincə desək, həqiqi müəllim ensiklopedik lüğət yox, Sokrat olmalıdır. Müasir dövrdə sadəcə bilikli müəllim olmaq azdır; məktəbə yaradıcı, tədqiqatçı müəllim lazımdır.
Ali məktəb müəllimi pedaqoji fəaliyyətin xüsusiyyətlərini nəzərə almalı, normativ tələblərlə özünün yaradıcılığını əlaqələndirməyi bacarmalıdır.



    1. Yüklə 280,35 Kb.

      Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin