Hazırda cəmiyyət həyatında təhsilin, elmin rolunun daha da artdığı, dünya təhsil sisteminə inteqrasiyasının gücləndiyi bir dövrdə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması sahəsində ali məktəb pedaqogikasının rolu və əhəmiyyəti xeyli artır. Ali məktəb müəllimi (nə qədər təcrübəli olsa belə) müasir pedaqoji-psixoloji biliklərsiz keçinə bilməz, öz işini təhsil standartları səviyyəsində qura bilməz. Buna görə də gələcəkdə ali məktəbdə elmi-pedaqoji fəaliyyətə hazırlaşan magistr və doktorantlar ali məktəb pedaqogikası elminə yaxşı yiyələnməlidirlər.
Ali məktəb pedaqogikası gələcək mütəxəssislərin peşə-ixtisas hazırlığı, ahəng- dar şəxsiyyət kimi formalaşması və tərbiyəsi haqqında elmdir. Onun obyekti ali mək- təbdə tələbə gənclərin təlim-tərbiyəsi, ahəngdar şəxsiyyət kimi formalaşması və peşə- ixtisas hazırlığı prosesidir. Predmeti isə ali məktəbdə pedaqoji prosesin qanunauy- ğunluqlarını aşkara çıxarmaq, tələbə gənclərin ahəngdar şəxsiyyət kimi tərbiyəsi və peşə-ixtisas hazırlığı məsələlərini öyrənməkdir.
Ali məktəb pedaqogikası ali məktəbdə pedaqoji prosesi mürəkkəb, çoxsahəli bir sistem kimi araşdırır, bu sistemin səmərəli qurulması üçün müxtəlifproblemləritədqiq edir. Tədqiqatlar ali məktəbin bütün sahələrini – tədris-tərbiyə, elmi fəaliyyət, pedaqoji ünsiyyət, ali məktəbə rəhbərlik, ali təhsil islahatı və s. məsələləri əhatə edir. Onun həll etdiyi konkret vəzifələriqısaca nəzərdən keçirək:
Ali məktəbdə təhsilin məzmununu, mütəxəssisin ümumelmi, ixtisas və peşə hazırlığının optimal nisbətini müəyyənləşdirmək və bu əsasda mütəxəssis hazırlığını modelləşdirmək.
Gələcək mütəxəssis üçün zəruri olan bilik, bacarıq və vərdişlərin tələbələr tərəfindən şüurlu və dərindən öyrənilməsinin səmərəli yollarını, yeni mütərəqqi təlim texnologiyalarını və onların tətbiqi şərtlərini müəyyənləşdirmək.
Ali məktəbdə tədrisin səmərəli formalarını, onların imkanlarını, təşkili qay- dalarını, tələbə müstəqil işinin səmərəliliyinin artırılması yollarını tədqiq etmək.
Tələbə gənclərin bir şəxsiyyət-Vətəndaş kimi tərbiyəsi prosesinin mahiy- yətini, qanunauyğunluqlarını, məzmun, vasitə, metod və formalarını müəyyənləşdir- mək əsasında ali məktəbdə tərbiyə işinin metodikasını təkmilləşdirmək və zənginləş- dirmək.
Müasir ali məktəb müəlliminin nəzəri cəhətdən əsaslandırılmış modelini işləyib hazırlamaq.
Ali məktəbdə ictimai təşkilatların fəaliyyətini, gənc mütəxəssislərin hazırlanması və tərbiyəsində, tələbə özünüidarəsinin inkişafında onların rolunu tədqiq etmək.
Ali məktəbə rəhbərlik məsələlərini öyrənmək, idarəetmə strukturlarının optimal forma və metodlarını, pedaqoji əsaslarını müəyyənləşdirmək.
Ali təhsil islahatı ilə bağlı aktual problemlərin həll edilməsi.
Göründüyü kimi, ali məktəb pedaqogikası qarşısında duran problemlərin araşdı- rılması, ali məktəbdə tədris-tərbiyə və elmi fəaliyyətin, idarəetmənin çox müxtəlif aspektlərinin tədqiqi ali təhsilin və mütəxəssis hazırlığının yeni keyfiyyət mərhələsinə qaldırılmasına, təhsilimizin dünya təhsil sisteminə inteqrasiyasına imkan verəcəkdir.