Pedaqogika kafedrasi ali MƏKTƏb pedaqogikasi



Yüklə 280,35 Kb.
səhifə9/90
tarix25.09.2023
ölçüsü280,35 Kb.
#148080
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   90
lazım olsa əlavə mənbə

Təhsil sisteminin quruluşu təhsil qanununda öz əksini tapmışdır. Qanunda təhsil müəssisələrinin tipləri, hər tipin növləri müəyyən edilmişdir:

  1. Məktəbəqədər təhsil müəssisələri: körpələr evi, körpələr evi – uşaq bağçası, uşaq bağçası, xüsusi uşaq bağçası. Məktəbəqədər təhsil 3 yaşdan başlayır. 5 yaşından uşaqların məktəbə hazırlığı zəruri sayılır. Belə hazırlıq uşaq bağçalarında, məktəbdə və ailədə həyata keçirilə bilər.

  2. Ümumtəhsil məktəbləri: ibtidai (I-IV siniflər); ümumi orta (V-IX siniflər) və tam orta təhsil (X-XI siniflər) ümumi təhsil pillələrini əhatə edir. Buraya habelə ümumtəhsil internat və xüsusi internat məktəbləri, istedadlı uşaqlar üçün məktəblər, gimnaziyalar, liseylər və digər ümumtəhsil müəssisələri daxildir. Gimnaziya, əsasən, humanitar təmayüllü orta ümumtəhsil məktəbidir. Lisey istedadlı şagirdlər üçün mü- vafiq təmayüllər üzrə təhsil xidməti göstərən ümumtəhsil müəssisəsidir.

Respublikamızda ümumi orta təhsil (I-IX siniflər) icbaridir. Tam orta təhsil (X- XI siniflər) təmayüllər üzrə qurulur (humanitar, texniki, təbiət və s.).

  1. Məktəbdənkanar təhsil müəssisələri: uşaq-gənclər məktəbləri (idman, şahmat və s.), uşaq yaradıcılıq mərkəzləri (texniki, bədii yaradıcılıq, ekoloji tərbiyə, turizm və diyarşünaslıq, estetik tərbiyə mərkəzləri), məktəbdənkənar iş mərkəzləri və s.

  2. İlk peşə-ixtisas təhsili müəssisələri: peşə məktəbləri, peşə liseyləri.

  3. Orta ixtisas təhsili müəssisələri: texnikumlar, kolleclər. Kollec – orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsidir.

  4. Ali təhsil müəssisələri: universitetlər, akademiyalar, institutlar və s. Univer- sitet – geniş spektrli, yüksək ixtisaslı mütəxəssislər hazırlayan çoxprofilli aparıcı ali təhsil müəssisəsidir. Akademiya müəyyən sahə üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlayan ali təhsil müəssisəsidir. İnstitut – müstəqil və ya universitetin struktur

bölməsi kimi konkret ixtisaslar üzrə mütəxəssislər hazırlayan ali təhsil müəssisəsidir.


Ali təhsil müəssisələrində mütəxəssis hazırlığı 3 səviyyədə aparılır:

  • Bakalavriat – başa çatmış ali təhsil pilləsi olmaqla məzunlara “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir.

  • Magistratura – dərin hazırlıqlı mütəxəssislər yetişdirən ali təhsil pilləsidir, mə- zunlara “magistr” ali peşə-ixtisas dərəcəsi verilir. Onun bakalavr pilləsindən fərqi ondadır ki, magistrlər ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyətlə məşğul ola bilərlər.

  • Doktorantura – ali təhsilin ən yüksək səviyyəsi olmaqla məzunlara “doktor” elmi dərəcəsi verilir. Doktorantura iki pillədən ibarətdir: birinci pilləni başa vuranlara “fəlsəfə doktoru” (elm sahələri göstərilməklə), ikinci pilləni bitirənlərə “elmlər dok- toru” (elm sahələri göstərilməklə) elmi dərəcəsi verilir.

Ali məktəblərdə çalışan professor-müəllim heyətinə elmi-pedaqoji fəaliyyət sa- həsində əldə etdikləri nəticələrə görə müsabiqə və seçki yolu ilə müxtəlif elmi adlar verilir: dosent, professor, baş elmi işçi (laboratoriyada elmi-tədqiqat işi aparanlara).
Əlavə təhsil müəssisələri: universitetlər, institutlar, elm-təhsil mərkəzləri və s. Nəzərdən keçirilən təhsil müəssisələri Təhsil Qanunu bazasında hazırlanmış öz
Nizamnamələri əsasında fəaliyyət göstərir.

    1. Yüklə 280,35 Kb.

      Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin