Şəxsiyyətin inkişafı və tərbiyəsi pedaqogikanın tədqiqat sahəsinin mühüm bir istiqamətini təşkil edir.
Şəxsiyyət kimə deyilir? Şəxsiyyətin inkişafı necə baş verir? Tələbə şəxsiyyətinin səciyyəvi cəhətləri hansılardır?
Bu sualların düzgün həlli problemin mahiyyətini başa düşməyə, gənclərlə tər- biyə işini düzgün qurmağa kömək edə bilər.
Hər şeydən əvvəl, fərd, şəxsiyyət və fərdiyyət anlayışlarını nəzərdən keçirək.