Fərd – təbii bioloji varlıqdır, ayrıca götürülmüş insandır. İnsan fərd kimi do- ğulur, sonradan müxtəlif amillərin təsiri ilə şəxsiyyətə çevrilir.
Şəxsiyyət dedikdə, sosial keyfiyyətlərə, mənlik hissinə malik olan şüurlu və fəal fərd başa düşülür.
Fərdin cəmiyyətdə şəxsiyyətə çevrilməsi çoxcəhətli və mürəkkəb prosesdir. Bu- rada iki proses dialektik şəkildə üzləşir: sosiallaşma və fərdiləşmə. Sosiallaşma (icti- mailəşmə) insanın cəmiyyətdə başqa adamlarla, sosial qruplarla ictimai münasibətlərə daxil olaraq sosial təcrübəyə yiyələnməsi prosesidir. Fərdiləşmə isə bu prosesdə in- sanın müstəqillik, nisbi avtonomluq kəsb etməsində, özünəməxsus (təkrarolunmaz) keyfiyyətlərində, həyat tərzində, daxili aləminin, psixi proseslərinin formalaşmasında ifadə olunur. Hər bir şəxsiyyət həm də fərdiyyətdir.
Fərdiyyət özünəməxsus, təkrarolunmaz xüsusiyyətləri ilə başqalarından fərqlə- nən şəxsiyyət deməkdir. Gözoxşayan, ətirli çəmənlik rəngarəng çiçəkləri ilə gözəl olduğu kimi, cəmiyyət də çox müxtəlif fərdiyyətləri ilə gözəldir.
İnsan şəxsiyyət və fərdiyyət kimi daim inkişaf edir. İnkişaf – dəyişmə, bir key- fiyyət halından başqasına keçid deməkdir. Şəxsiyyətin inkişafı dedikdə, insanın müəyyən keyfiyyətlərə (zehni, psixi, mənəvi və s.) yiyələnməsi və ozünü təkmilləş- dirməsi başa düşülür. Şəxsiyyət birdən-birə inkişaf edib formalaşmır; o, müəyyən səviyyələrdən keçir (aşağı, orta, yüksək, ideal səviyyə). Psixoloqlar 3-5 yaşlı uşaq- ların da şəxsiyyətin müəyyən keyfiyyətlərinə malik olduqlarını qeyd edirlər.
Şəxsiyyətin inkişafına dair iki baxış mövcuddur: metafizik və dialektik baxış. Metafizik baxış inkişafa kəmiyyət dəyişməsi kimi baxır, onun mənbəyini (səbəbini) isə genetik proqramda axtarır. Dialektik baxış isə şəxsiyyətin inkişafına keyfiyyət dəyişməsi kimi yanaşır, inkişafın mənbəyini ziddiyyətlərin həlli prosesi ilə bağlayır. Dialektik baxışa görə, şəxsiyyətin inkişafının hərəkətverici qüvvəsini ziddiyyətlərin yaranması və həlli təşkil edir. Əksliklərin mübarizəsi, insanın psixikasında köhnə ilə yeninin arasındakı ziddiyyətlər həyati prosesdə – təlim və tərbiyənin gedişində ya- ranır və aradan qaldırılır.
Şəxsiyyətin inkişafında həm xarici, həm də daxili ziddiyyətlər özünü göstərir. Əsas xarici ziddiyyət – cəmiyyətin və yaşlıların tələbləri ilə insanın mövcud inkişaf səviyyəsi, davranış forma və vasitələri arasındakı ziddiyyətlə bağlıdır. İnsan qarşıda duran tələbləri ödəmək üçün öz üzərində işləməli, yeni davranış formalarına yiyələn- məlidir. Əsas daxili ziddiyyət – insanın tələbatları ilə imkanları arasındakı ziddiyyət- dir. İnsan öz tələbatını (ehtiyacını) ödəmək üçün bütün imkanlarını (biliyini, bacarı- ğını, iradi qüvvəsini və s.) səfərbərliyə alır və nəticədə tələbatını ödəyir. Bu prosesdə o, öz inkişafında irəliyə doğru müəyyən addım atır – bu və ya digər keyfiyyətə yiyə- lənir. Beləliklə, ziddiyyət həll olunur.
Şəxsiyyət müxtəlif amillərin təsiri ilə formalaşır: irsiyyət, təlim, tərbiyə, təbii və sosial mühit, insanın özünün şəxsi fəallığı. Bəs, bu amillərdən hansı əsasdır, həlledi- cidir? Bu sualla əlaqədar şəxsiyyətin inkişafına dair müxtəlif nəzəriyyələr meydana gəlmişdir. Onları dörd qrupa ayırmaq olar: bioloji amillərin rolunu şişirdən, sosial amillərin rolunu şişirdən, hər iki amili birgə qəbul edən və bütün amilləri vəhdətdə götürən dialektik nəzəriyyələr.
Dostları ilə paylaş: |