Pedaqogika kafedrasi ali MƏKTƏb pedaqogikasi


Bioloji amillərin rolunu şişirdən nəzəriyyələr



Yüklə 280,35 Kb.
səhifə14/90
tarix25.09.2023
ölçüsü280,35 Kb.
#148080
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   90
lazım olsa əlavə mənbə

Bioloji amillərin rolunu şişirdən nəzəriyyələr (“İrsiyyət”, “biogenetik”, “Praq- matizm”, “Freydizm”, “İrqçilik”, “Elita” və b.) şəxsiyyətin inkişafını ancaq bioloji amillərlə izah edir: guya şəxsiyyətin bütün xüsusiyyətləri – şüuru, xarakteri, qa- biliyyətləri, göz və qulaq kimi, irsən hazır verilir.
Sosial amillərin rolunu şişirdən nəzəriyyələr (“Ağ lövhə”, “Azad tərbiyə” və b.) insanı ağ (təmiz) lövhəyə bənzədir, şəxsiyyətin formalaşmasını ancaq sosial amillərlə – tərbiyə və mühitin təsiri ilə izah edirlər. Guya insan doğularkən özü ilə heç nə gətirmir, təmiz lövhə kimi dünyaya gəlir; həyatda bu lövhənin üstündə nə is- təsən yazmaq olar.
İrsiyyət və mühitin rolunu şişirdən nəzəriyyələr (“Konvergensiya”, “İstedad- lılıq”, “İki amil” nəzəriyyələri, “Pedalogiya” və b.) şəxsiyyətin inkişafını iki amillə – irsiyyət və mühitlə izah edirlər.
Nəzərdən keçirilən hər üç istiqamət birtərəfli və yanlış olub, şəxsiyyətin inki- şafında onun fəal rolunu inkar edir.
Bioloji və sosial amilləri, eləcə də insanın şəxsi fəallığını bir-birinə qarşı qoy- maq olmaz. Yalnız bu amillərin dialektik vəhdəti şəxsiyyətin inkişafı problemini elmi-metodoloji əsasda başa düşməyə və həll etməyə imkan verir. Dialektik nəzəriy- məhz bu mövqedə durur. Bu nəzəriyyəyə görə, şəxsiyyətin inkişafında irsiyyət amili müəyyənedici, sosial amillər və insanın fəallığı isə həlledici rol oynayır.
Dialektik nəzəriyyə şəxsiyyətin inkişafında onun şəxsi fəallığının rolunu da qəbul edir. İnsan mühitin və tərbiyənin passiv obyekti deyildir; o mühitə və tərbiyəyə, habelə irsi imkanlarının reallaşmasına fəal təsir göstərə bilər. Şəxsiyyətin inkişafında təhsil və tərbiyə ilə yanaşı, insanın özünütəhsili və özünütərbiyəsi də mühüm şərtdir.
İnsanın bir şəxsiyyət kimi formalaşmasında bioloji və sosial amillərin rolunu bitkinin inkişafı ilə müqayisə etsək, irsiyyəti toxuma, mühiti onun inkişafı üçün zəruri olan münbit torpağa və iqlimə, tərbiyəni isə bağbanın işinə bənzətmək olar (“Tərbiyə” ərəbcə “bəsləmək”, “yetişdirmək” deməkdir).



    1. Yüklə 280,35 Kb.

      Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin