Müəlliminhüquqvəvəzifələri Azərbaycan Respublikasının Təhsil Qanununda öz əksini tapmışdır (maddə 33). Müəllimin hüquqları aşağıdakılardır:
normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq hüququ;
təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək hüququ;
tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək hüququ və s.
Müəllimin vəzifələri aşağıdakılardan ibarətdir:
təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
təhsil proqramlarının mənimsənilməsini təmin etmək;
təhsil alanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq;
pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;
təhsil alanların şərəf və ləyaqətinə hörmət etmək və s.;
Müəllimin göstərilən hüquq və vəzifələri bir-birilə sıx bağlıdır: o, öz hüquqlarını tələb etdiyi kimi, üzərinə düşən vəzifələri də yüksək səviyyədə yerinə yetirməlidir.
Müəllimin peşə qabiliyyətləri
Təlim-tərbiyə işinin səmərəsi müəllimin şəxsi keyfiyyətlərindən, ilk növbədə isə onun pedaqoji peşə qabiliyyətlərindən asılıdır. Müəllimin peşə qabiliyyətləri çoxdur: əsas pedaqoji qabiliyyətlərə daxildir: akademik (nəzəri), didaktik, konstruktiv, ünsiyyət (kommunikativ), təşkilatçılıq, perseptiv qabiliyyətlər.
Akademik (nəzəri) qabiliyyətlər– müəyyən elm sahəsi ilə (fizika, riyaziyyat, pedaqogika, psixologiya və s.) bağlı qabiliyyətlərdir. Akademik qabiliyyətli müəllimyüksəkelmihazırlığı, geniş dünyagörüşü, elmi problemlərə dərin marağı ilə seçilir.