təhsil alanların şərəf və ləyaqətinə hörmət etmək və s.;
Müəllimin göstərilən hüquq və vəzifələri bir-birilə sıx bağlıdır: o, öz hüquqlarını tələb etdiyi kimi, üzərinə düşən vəzifələri də yüksək səviyyədə yerinə yetirməlidir.
Təlim-tərbiyə işinin səmərəsi müəllimin şəxsi keyfiyyətlərindən, ilk növbədə isə onun pedaqoji peşə qabiliyyətlərindən asılıdır. Müəllimin peşə qabiliyyətləri çoxdur: əsas pedaqoji qabiliyyətlərə daxildir: akademik (nəzəri), didaktik, konstruktiv, ünsiyyət (kommunikativ), təşkilatçılıq, perseptiv qabiliyyətlər.
Akademik (nəzəri) qabiliyyətlər– müəyyən elm sahəsi ilə (fizika, riyaziyyat, pedaqogika, psixologiya və s.) bağlı qabiliyyətlərdir. Akademik qabiliyyətli müəllimyüksəkelmihazırlığı, geniş dünyagörüşü, elmi problemlərə dərin marağı ilə seçilir.