Tələbə şəxsiyyətinin inkişafında nəzərdən keçirilən ümumi amillərlə yanaşı, pe- daqoji prosesə xas olan bir sıra spesifik amillər də mühüm rol oynayır. Belə amillərə daxildir:
tələbənin şəxsi fəallığı;
təlim-tərbiyə prosesinin düzgün təşkili;
pedaqoji ünsiyyətin düzgün qurulması;
tələbə kollektivinin təsiri;
zehni biliklərin dərindən mənimsənilməsi;
tələbənin özünütəhsilə, mütaliəyə cəlb edilməsi;
bəşəri və milli dəyərlərin mənimsədilməsi;
tələbələrin vaxt büdcəsinin səmərəli təşkili;
ali məktəb müəlliminin şəxsi nümunəsi və s.
Şəxsiyyətin fəallığı – tələbənin ümumi və psixi inkişafının vacib şərtidir. Şəx- siyyət fəaliyyət prosesində formalaşır. Fəaliyyət özlüyündə insanın ətraf aləmə fəal münasibətinin formasıdır. Tələbə təhsildə, əməkdə, yaradıcılıqda, ictimai işlərdə nə qədər çox fəallıq göstərərsə, bir o qədər həmin sahələrdə uğur qazana bilər.
Şəxsiyyətin keyfiyyəti – möhkəm dayanıqlı motivlərlə dayanıqlı davranış for- masının vəhdətinə əsaslanır. Eyni bir davranış forması (məsələn, təlimə səylə yanaş- maq) motivdən asılı olaraq müxtəlif keyfiyyət çaları kəsb edə bilər: tələbə borc his- sinin təsiri ilə və ya müəllimin tərifini (yaxud yaxşı qiymət) qazanmaq naminə təlimə səy göstərə bilər. Bunlar zahirən eyni forma olsa da, əslində şəxsiyyətin müxtəlif key- fiyyətlərini ifadə edir.
Təlim-tərbiyə işinin müvəffəqiyyəti tələbənin şəxsi fəallığı ilə bilavasitə bağlıdır. Tələbələrin yüksək səviyyədə təşkil olunmuş məqsədyönlü fəaliyyəti uğurlu tərbiyə- nin də vacib şərtidir. Tələbə əmək, idman, elmi-texniki, bədii və ictimai-siyasi fəaliy- yət prosesinə cəlb edilməklə şəxsiyyətin vacib keyfiyyətlərinə yiyələnir, ictimai təc- rübə qazanır, həyatı və insan münasibətlərini öyrənir, mənəvi cəhətdən zənginləşir, gələcək mütəxəssis kimi bir çox cəhətdən formalaşır.
Tələbə şəxsiyyətinin formalaşmasına təsir edən amillər sırasında ünsiyyətin, xü- susən pedaqoji ünsiyyətin düzgün qurulması böyük əhəmiyyət kəsb edir. Tələbə şəx- siyyəti, fəaliyyətin bir sahəsi kimi, həm də ünsiyyət prosesində formalaşır. De- mokratik üslubda qurulan pedaqoji ünsiyyətin tərbiyəvi təsiri daha güclüdür. Müəllim- tələbə münasibətləri əməkdaşlıq prinsipinə uyğun qurulmalıdır: müəllim tələbəyə şəx- siyyət kimi, gələcək mütəxəssis kimi baxmalı, etibar etməli, qayğı və diqqətlə, hörmət və tələbkarlıqla yanaşmalı, yüksək pedaqoji məharət, müsbət nümunə göstərməli, hər işdə ədalətli olmalıdır.
Tələbə gənclərin şəxsiyyətinin inkişafında tələbə kollektivi də güclü təsir göstərir: kollektiv tələbələrdə qarşılıqlı münasibətlərin, kollektivçilik hissinin forma- laşmasına, şəxsi və ictimai maraqların uzlaşdırılmasına imkan verir. Kollektivin
ictimai rəyi, qəti tələbi böyük tərbiyə gücünə malikdir. Tələbələr kollektivin rəyinə həssaslıqla yanaşır və ona ciddi reaksiya verirlər, onunla hesablaşırlar.
Buna görə də tələbə qruplarında sağlam ictimai rəyin formalaşmasına, onun ay- rı-ayrı neqativ hallara qarşı yönəldilməsinə, haqqın, düzlüyün, ədalətin müdafiəsinə, kollektivdə səmimi münasibətlərin yaranmasına yönəltmək çox vacibdir.
Gənclərin zehni, ideya-mənəvi tərbiyəsinə təsir edən amillər sırasında tələbə- lərin elmi biliklərə, bəşəri və milli dəyərlərə dərindən yiyələnməsi, müntəzəm şə- kildə özünütəhsillə, mütaliə ilə məşğul olması önəmli yer tutur. Elmlərə, bəşəri və milli dəyərlərə yiyələndikcə gənclər zehni və mənəvi cəhətdən zənginləşir. Özünü- təhsil və onun ən mühüm yolu olan müstəqil mütaliə gənclərin həm zehninə, həm də mənəvi aləminə güclü təsir edir: özünütəhsil və özünütərbiyə kitabdan başlanır; bun- suz insanı mənəvi boşluq gözləyir. Tələbə bu halda mədəni adamın ən yüksək səa- dətindən – kitabla ünsiyyətdə olmaq, intelektual və estetik zövq almaq səadətindən məhrum olur.
Burada başlıca qüvvə – müəllimdir; tələbələrdə biliyə, kitaba həvəs atəşini yan- dıran ilk qığılcım – müəllimin dərin biliyi, erudisiyası, mütaliəsi, görüş dairəsi, mə- dəniyyəti və şəxsi ziyalı nümunəsidir.
Dostları ilə paylaş: |