Pedaqogika kafedrasi ali MƏKTƏb pedaqogikasi


Şəxsiyyətin inkişafında bioloji və sosial amillərin rolu



Yüklə 280,35 Kb.
səhifə15/90
tarix25.09.2023
ölçüsü280,35 Kb.
#148080
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   90
lazım olsa əlavə mənbə

Şəxsiyyətin inkişafında bioloji və sosial amillərin rolu


İnsan şəxsiyyəti bir çox amillərin təsiri və qarşılıqlı fəaliyyətinin nəticəsi kimi formalaşır. Bu prosesdə bioloji və sosial amillərin özünə məxsus rolu vardır.


Bioloji amilin rolu. İnsan bioloji varlıq kimi doğulur, buna görə də irsiyyət qanunu ona öz təsirini göstərir. İrsən fiziki əlamətlər (sifət quruluşu, gözün və saçın rəngi və s.), habelə fizioloji əlamətlər (sinir sisteminin tipi, hiss orqanları, baş beynin xüsusiyyətləri, sinir hüceyrələrinin miqdarı və s.) nəsildən-nəslə keçir. Bütün bunlar gələcəkdə insanın xüsusiyyətlərinin, qabiliyyətlərinin, o cümlədən zehni qabiliyyət- lərinin inkişafı üçün zəmin yaradan təbii imkanlardır. Bu imkanlar orqanizmin inki- şafı üçün ilkin şərtlərdir, lakin şəxsiyyətin formalaşması üçün həlledici amillər de- yildir. İnsanın inkişafının sosial şəraitindən asılı olaraq irsi imkanlar şəxsiyyətin müvafiq qabiliyyətlərinin və psixi keyfiyyətlərinin inkişafı üçün əlverişli zəmin ola bilər və ya heç üzə çıxmaya da bilər. Hər şey insanın düşdüyü şəraitdən, sosial mühitdən, aldığı təhsil və tərbiyədən asılıdır.
İrsi informasiyaların daşıyıcıları genlərdir. Genlərlə hazır qabiliyyətlər ötürülür- mü? Bəzi empirik faktlar əsasında qabiliyyətlərin irsən keçməsi haqda müəyyən rəylər irəli sürülür. Məsələn, dünya şöhrətli bəstəkarlardan Baxın 16, Ü.Hacıbəylinin
4 nəslinin öyrənilməsi əsasında bu nəsillərdə çoxlu musiqiçi olduğu müəyyən edilmişdir. Lakin bu fikri təkzib edən digər faktlar da vardır. Belə ki, A.S.Puşkinin 256 nəvə, nəticə və kötükcəsi içərisində heç bir şair və yazıçı olmamışdır.
İnsanın təbii imkanları dəyişməz deyildir. Onlar həyat şəraitinin, tərbiyə və mühitin təsiri ilə dəyişə bilər.
Mühitin rolu. İnsan bioloji varlıq olmaqla yanaşı, həm də sosial varlıqdır. O, müəyyən mühitdə doğulur və böyüyür. Buna görə də istər-istəməz həmin mühitin təsirinə məruz qalır. “Mühit” anlayışı məzmunca geniş olub, insana təsir göstərən xa- rici amillər sistemini – insanın həyat və fəaliyyəti üçün zəruri olan təbii və ictimai şə- raiti əhatə edir.
Mühit insana müsbət və ya mənfi təsir göstərə bilər. İnsanlar üçün yaradılan əlverişli mənzil-məişət şəraiti, mədəni-maarif, təhsil və sağlamlıq ocaqları, əmək və istirahət şəraiti, insanların bir-birini münasibətləri şəxsiyyətin inkişafına güclü təsir

göstərən sosial mühit amillərinə daxildir.


Mühit dedikdə, həm təbii-coğrafi, həm də sosial mühit başa düşülür. Təbii – coğ- rafi mühitə insanı əhatə edən atmosfer, biosfer, hidrosfer, habelə müxtəlif növ fiziki amillər, istilik, maqnit, kosmik təsirlər daxildir. İnsanın fiziki, əqli, estetik inkişafında hava, günəşi, su, iqlim, relyef, bioloji ritm təsirsiz qalmır.
İnsanın şəxsiyyət kimi formalaşmasına sosial mühit daha çox təsir göstərir. So- sial mühit iki cürdür: mikro- və makromühit. Mikromühit insanı bilavasitə əhatə edən mühitdir (ailə, məktəb, əmək, məhəllə, yoldaşlıq mühiti). Makromühit isə cəmiyyət həyatıdır, geniş sosial mühitdir. İnsanın inkişafına hər iki mühit güclü təsir göstərir. Kiçik yaşlarda mikromühitin təsiri böyükdür. Körpəlikdən heyvan sürüsünə düşən uşaqların həmin heyvanın xüsusiyyətlərini götürməsi faktları məlumdur.
Mikromühit geniş sosial mühitin tərkib hissəsidir. Cəmiyyətdə gedən proseslər ailədə, məktəbdə, əmək kollektivlərində də özünü göstərir. Cəmiyyətin demokratik xarakteri, hüququn aliliyi, ədalət prinsipləri şəxsiyyətin inkişafı üçün böyük əhəmiy- yətə malikdir. Valideynlərdən biri məşhur fizik Pifaqordan soruşmuşdu: “Övladımı, tərbiyəli böyütmək üçün mən nə etməliyəm?” Böyük alim demişdi: “Əgər övladınız ədalətli cəmiyyətdə yaşayarsa, heç nədən narahat olmayın, əks halda verdiyiniz tərbiyənin də müsbət nəticəsi olmayacaq”.
İnsan şəxsiyyətinin formalaşmasında mikro- və makromühitlə yanaşı mezamühit (etnomədəni amillər, yaşayış məskəninin tipi, kütləvi kommunikasiya vasitələri) də mühüm rol oynayır.
Cəmiyyət həyatı, onun maddi və mənəvi sərvətli tərbiyə işində həlledici şərtdir.
Şəxsiyyətin tələbatlarını, mənəvi sərvətlərini də cəmiyyət müəyyən edir.
Mühitin insana təsirini mütləqləşdirmək olmaz; mühit insanın inkişafını öz-özü- nə, mexaniki surətdə müəyyən etmir. Mühitin təsirləri insanın özünün inkişaf səviy- yəsindən, psixoloji xüsusiyyətlərindən asılı olaraq dəyişilir. Eyni mühitdə (ailədə, məhəllədə) yaşayan, eyni məktəbdə oxuyan bacı və qardaşların fərqli inkişafı bununla izah edilə bilər.

Yüklə 280,35 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin