Pedaqogika kafedrasi ali MƏKTƏb pedaqogikasi



Yüklə 280,35 Kb.
səhifə23/90
tarix25.09.2023
ölçüsü280,35 Kb.
#148080
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   90
lazım olsa əlavə mənbə

Didaktik qabiliyyətlər – müəllimin öyrətmək məharətidir. Bəzən müəllimin yüksək elmi səviyyəsi olsa da, öyrətməyi bacarmır.
Didaktik qabiliyyətə malik olan müəllim isə elmi bilikləri daha yaxşı çatdırır, mövzunu tələbələrin başa düşəcəkləri şəkildə, onların səviyyəsinə müvafiq tərzdə izah edir, fikirlərin sadə, aydın, anlaşıqlı olmasına çalışır.
Didaktik qabiliyyətlərə yiyələnmək üçün müəllim pedaqoji-psixoloji hazırlığını artırmalı, qabaqcıl pedaqoji təcrübəyə yiyələnməli, həmkarlarının dərslərində olmalı, yaxşı cəhətləri götürüb onlardan yaradıcı şəkildə istifadə etməyə çalışmalıdır.
Konstruktiv qabiliyyətlər – müəllimin özünün və tələbələrin fəaliyyətini layi- hələşdirmək bacarıqlarında ifadə olunur. Bunun üçün təcrübəli müəllim tədris etdiyi fənnin məqsəd və vəzifələrini, hansı biliklərin, bacarıq və vərdişlərin tələbələrə aşılanacağını, onların hansı həcmdə və sistemdə, hansı vasitə və metodlarla keçilə- cəyini müəyyənləşdirir, tələbələrlə aparılan bütün iş növlərini və formalarını (müha- zirə, məşğələ, fərdi iş, elmi-tədqiqat işi, auditoriyadan kənar işlər və s.) planlaşdırır.
Ünsiyyət (kommunikativ) qabiliyyətləri – adamlarla qarşılıqlı münasibət ya-

ratmaq bacarığında ifadə olunur. Bu bacarıqlara yiyələnmiş müəllimlər tələbələrlə düzgün ünsiyyət yarada bilir, tələbələrin və həmkarlarının hörmətini qazanır, təlim- tərbiyə işində yüksək nəticələr əldə edirlər.


Ünsiyyət prosesində insanın başqa adamları qavraması və onlara münasibinin xarakteri bir çox amillərlə bağlıdır. Aparıcı amillər kimi şəxsiyyətin dünyagörüşü, əqidə və baxışları, tələbatlarının xarakteri və onların təmin olunması vəziyyəti, başqa adamların onun üçün subyektiv əhəmiyyət kəsb etməsi (onun hansısa maraqlarının ödənilməsində iştirakı) mühüm rol oynayır. Bu amillərdən, xüsusən tələbatların təmin edilməsi vəziyyətindən asılı olaraq insan başqa adamlara fərqli (neqativ və pozitiv, kəskin və sakit) münasibət göstərir. Neqativ şəxsiyyət tipli adamlarda sərtlik, kobud- luq, kinlilik, qapalılıq və s. bu kimi keyfiyyətlər dominantlıq təşkil edir. Onlar başqa adamlara, necə deyərlər, “qara eynəklə” baxır, onları mənfi planda qavrayır və onlara mənfi emosional münasibət bəsləyirlər. Xeyirxah, həssas, səmimi, vicdanlı adamlarda isə pozitiv tipli kommunikativ özək formalaşır. Belələri adamlara, “yaşıl eynəklə” baxır, onları müsbət planda qavrayır və onlara müsbət emosional münasibət bəslə- yirlər.
Neqativ və pozitiv ünsiyyət tipləri müəllimlər içərisində özünü göstərir. Xəstəliyi üzündən fərdi iş üçün tapşırığı yerinə yetirməyən tələbəyə müəllimlərdən biri deyir: “Xəstəliyinin mənə dəxli yoxdur, tapşırığı sabah mütləq gətir, yoxsa sıfır

  1. bal yazacağam”. Digər müəllim isə başqa mövqedən çıxış edir: “Xəstələnib tap- şırığı yerinə yetirmədiyin üçün çox heyfslənirəm. Amma imkan olanda tapşırığı ye- rinə yetirərsən. Ehtiyac olsa, məndən məsləhət ala bilərsən”. Göründüyü kimi, iki müəllim eyni vəziyyətə çox fərqli münasibət bildirir: birinci halda neqativ, ikinci halda isə pozitiv ünsiyyət tipi özünü göstərir. Birinci müəllim tələbəyə sadəcə tərbiyə obyekti kimi baxırsa, ikinci müəllim ona tərbiyənin fəal subyekti kimi yanaşır, insanı ali dəyər kimi qiymətləndirir və ona bu cür də münasibət göstərir. Hər bir müəllim özündə və tələbələrində insana münasibətdə humanist kommunikativ özək forma- laşdırmağa çalışmalıdır. Belə olduqda müəllim tələbələrlə normal ünsiyyət qurur, onun nüfuzu da yüksəlir.

Ünsiyyət qabiliyyətləri içərisində pedaqoji takt mühüm yer tutur. Pedaqoji takt



  • müəllimin tələbəyə səmərəli təsir vasitələrini tapıb tətbiq etməsi, bu zaman müəy- yən ölçü hissi gözləməklə düzgün ünsiyyət qurması bacarığıdır. Pedaqoji takt ün- siyyətdə müəyyən hədd göstərməkdə, həddi aşmamaqda, “qızıl orta xətt” tapmaqda ifadə olunur. Ünsiyyət prosesində həddi aşmaq, israfçılıq əks nəticələrə gətirib çıxarır: hədsiz tələbkarlıq itaətsizlik doğurur, hədsiz yumşaqlıq saymazyanalığa səbəb olur, hədsiz tənqid insanın heysiyyatına toxunur, onda özünümüdafiə meyli və etiraz doğurur.

Pedaqoji takt yaranmış çətin situasiyadan ustalıqla çıxmaq bacarığında da özünü göstərir. Bəzən yaranmış vəziyyətdən çıxmaq üçün müəllim neqativ-mənfi yönəlişliyi (ustanovkanı) pozitiv-müsbət yönəlişliklə əvəz etməyə çalışır. Tələbə söhbət etməklə mühazirəyə mane olur. Bu zaman müəllim özündə yaranmış mənfi emosiyanı (qışqırıq, hədə, cəza, tənqid) müsbət emosiya (yumor, zarafat, istehza) ilə əvəz etməklə gərginliyin, əsəbiliyin, münaqişənin qarşısını alır (“Cavan oğlan, görünür ürəyin sözlə doludur, söhbətin bir hissəsini tənəffüsə saxla”, “Deyəsən, bu gün sənin çayına dilotu qatıblar”).
Pedaqoji takta malik müəllim tənqidə çox yer vermir, çünki tərif və mehribanlıq şəraitində insan tənqid şəraitində olduğundan daha yaxşı çalışır.
Ünsiyyət qabiliyyətləri təşkilatçılıq qabiliyyətləri ilə sıx bağlıdır.

Yüklə 280,35 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin