Ali məktəb müəlliminin fəaliyyətinin səmərəliliyi onun öz funksiyalarını yüksək səviyyədə yerinə yetirməsi ilə sıx bağlıdır. Bu funksiyalara daxildir: təhsilverici, tərbiyəedici, inkişafetdirici, stimullaşdırıcı, elmi-tədqiqatçılıq funksiyaları.
Təhsilverici funksiya ali məktəbdə verilən profilə uyğun olaraq tələbələri sis- temləşdirilmiş elmi biliklərlə, peşə-ixtisas hazırlığına müvafiq bacarıq və vərdişlərlə silahlandırmaqda ifadə olunur. Bunun üçün tələbələrə hazır informasiyaların ötürül- məsi azdır; onların özlərinin müstəqilliyini artırmaq, onları yaradıcı axtarışlara geniş cəlb etmək vacibdir. Təhsildə ağırlıq hafizəyə, yaddaşa yox, daha çox təfəkkürə, sərbəst fikrə düşməlidir. Müəllim tələbələrə “Nədir?”, “Nəyə deyilir?”, “Hansılar-
dır?” suallarından daha çox “Nə üçün?”, “Nə ilə fərqlənir?”, “Hansı fikir düzgün- dür?”, “Sən bu haqda nə fikirləşirsən?” və s. bu kimi suallara müraciət etməklə təlim materiallarının şüurlu mənimsənilməsinə, müstəqil və tənqidi təfəkkürün inkişafına şərait yaratmış olur.
Hər bir müəllim öz fənni daxilində tələbələrdə özünütəhsil tələbatı tərbiyə etmə- lidir. İlk növbədə, müəllim tələbələr üçün dərin bilik, geniş erudisiya, ağıl, intellekt, elmi maraqların zənginliyi nümunəsi olmalıdır. V.A.Suxomlinskinin təbirincə desək, əgər müəllim tək bircə gün öz intellektual inkişafından qalarsa, o, yetirmələri üçün bilik məşəli olmaqdan məhrum olacaqdır.
Tərbiyedici funksiya bütün vasitələrlə – təhsilin məzmunu, təşkili prosesi, me- tod və priyomlarla tələbələrdə mütəxəssis üçün zəruri olan fərdi və peşə keyfiyyət- lərinin formalaşmasına, onların yetkin şəxsiyyət kimi inkişafına kömək göstərməkdə ifadə olunur. Ali məktəb müəllimi hansı elmi tədris etməsindən asılı olmayaraq hər şeydən əvvəl, tərbiyəçidir.
Ən başlıcası isə, ali məktəb müəllimi, bir ziyalı kimi, öz şəxsiyyəti ilə tələbələr üçün tərbiyə nümunəsi olmalıdır, çünki şəxsiyyət – şəxsiyyətlə, vicdan – vicdanla, inam – inamla, düzlük – düzlüklə tərbiyə olunur.
Tərbiyə funksiyası bir çox vasitələrlə, o cümlədən müəllim-tələbə münasibətlə- rinin düzgün qurulması yolu ilə reallaşır. Müəllim tələbəni bir şəxsiyyət kimi qəbul etməli, onunla şəxsiyyət kimi rəftar etməli, onda şəxsi ləyaqət, özünəhörmət hisslərini formalaşdırmağa, onu özünətərbiyəyə cəlb etməyə çalışmalıdır. Əsl tərbiyə
insanı özünütərbiyəyə sövq etməkdir.
Dostları ilə paylaş: |