Pedaqogika kafedrasi ali MƏKTƏb pedaqogikasi



Yüklə 280,35 Kb.
səhifə21/90
tarix25.09.2023
ölçüsü280,35 Kb.
#148080
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   90
lazım olsa əlavə mənbə

İnkişafetdirici funksiya – təlim və tərbiyə prosesində gənclərin psixi inkişafını təmin etməkdə ifadə olunur. Tələbələrə hazır informasiyaları çatdırmaqdansa, onları axtarışlar aparmaq, müstəqil düşünmək, tədqiq etmək üçün çalışmalar, problemlər üzərində işlətmək qat-qat səmərəlidir. Elmi biliklər tələbənin əqli səyinin nəticəsi olmalıdır. Problemləri tədqiq etmək, fərziyyələr irəli sürmək, nəticə çıxarmaq tələbəyə özünü təsdiq, iftixar hissi, özünə hörmət hissi bəxş edir, onu daha yeni problemlərin müstəqil həllinə sövq edir.


Stimullaşdırıcı funksiya – tələbəni müxtəlif yollarla təhsilə təhrik etməyi və istiqamətləndirməyi nəzərdə tutur. Başlıca amil tələbədə mənəvi tələbatların forma- laşdırılmasıdır. Elmi biliklərə yiyələnmək daxili tələbatdan doğduqda daha səmərəli nəticələr əldə etmək mümkündür. Təhsilin çətin məqamlarında müəllim tələbələri (şagirdləri) hədələməklə, əsəbi hərəkətlərlə, imtahan qiymətləri ilə qorxutmamalı, əksinə, onlarda inam ümid qığılcımları oyatmalıdır.
Hər sahədə olduğu kimi, təhsildə də motivlər emosiyalarla sıx bağlıdır. İstənilən işə maraq, meyl yaratmaq üçün bu iş insanda müsbət emosiyalar doğurmalıdır. Mən- fi emosiyalar (qorxu, inamsızlıq, təşviş, həyəcan) işə, təlimə səyi azaldır. Müəllimin xoş sözü, tərifi, müsbət rəyi, inamı, çətin anda köməyə gəlməsi tələbəyə sanki qüvvət verir, onu daha yaxşı oxumağa ruhlandırır.
Elmi-tədqiqatçılıq funksiyası ali məktəb müəllimi üçün daha spesifik funk- siyadır. Orta məktəbdən fərqli olaraq ali məktəbdə elm tədris olunur, müəllim də elmi tədris edən alimdir, eyni zamanda müəyyən elmi problem üzərində işləyən tədqi- qatçıdır. Elmi-tədqiqat işinin nəticələrini tədris prosesinə tətbiq etməklə müəllim tədrisin keyfiyyətini yüksəltməyə, tələbələrdə elmə marağın güclənməsinə şərait yaratmış olur.
Müəllimin funksiyaları onun hüquq və vəzifələrindən ayrılmazdır.

Yüklə 280,35 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin