Öyrənmə prosesinin təbii-elmi və psixoloji əsasları. Öyrənmə prosesinin təbii
elmi əsasını ali sinir fəaliyyəti haqqında təlim təşkil edir (İ.M.Seçenov, İ.P.Pavlov).
Ali sinir fəaliyyətinin bir çox qanunauyğunluqları təlim-tərbiyə prosesini düzgün təşkil etməyə, mənimsəmənin səmərəsini yüksəltməyə kömək göstərir.
Təlim prosesində fizioloji qanunauyğunluqlarla yanaşı, müəyyən psixoloji qanu- nauyğunluqlar da özünü göstərir.
Mənimsəmənin psixoloji əsasları. Biliklərin mənimsənilməsi prosesini yaxşı başa
düşmək və idarə etmək üçün onun psixoloji mexanizmini bilmək vacibdir. Təlimdə tələbənin öyrənmə yolu bir neçə mərhələdən – qavrama, anlama, möhkəmlətmə və tət- biqetmə proseslərindən keçir. İdrak prosesinin pillələrindən hər hansı birinə etinasızlıq göstərmək mənimsəmənin nəticəsinə mənfi təsir edir: qavramasız anlama, anlamasız digər ünsürlər mümkün deyildir. Anlama olmadan şüurlu mənimsəmə baş tutmaz; mexaniki öyrənmə təlimdə formalizm, əzbərçilik yaradır.
Təlimin qanunları və prinsipləri
Təlimin özünəməxsus qanunları vardır. Onların dərk edilməsi və düzgün nəzərə alınması təlim prosesinin səmərə və keyfiyyətini artırmağa, onu elmi əsasda idarə etməyə imkan verir. Əksinə, bu qanunlara laqeyd yanaşdıqda təlim kortəbii xarakter daşıyır, lazımi nəticə vermir.
Təlim prosesini düzgün idarə etmək üçün, ilk növbədə, “qanunauyğunluq”, “qa- nun”, “prinsip” və “qayda” məfhumlarının mahiyyətini yaxşı başa düşmək lazımdır. Tə- limin qanunauyğunluqları dedikdə, bu prosesə obyektiv şəkildə xas olan ümumi, mü- hüm, sabit və təkrarlanan əlaqələr, səbəb-nəticə asılılıqları başa düşülür. Təlimin qa- nunları bu prosesdə özünü göstərən qanunauyğun əlaqələrin mahiyyətinin aydın, dəqiq, məntiqi ifadəsidir.
Təlimin qanunları təlim prinsiplərində öz əksini tapır. Təlim prinsipləri təlimin qanunlarını əks etdirən, təlim prosesinin səmərəli qurulmasına imkan verən ilkin ide- yalar, fəaliyyət normaları, əsas tələblərdir. Təlim prinsipləri təlim prosesinin müxtəlif ünsürləri arasında çoxcəhətli əlaqələri tənzim etməyə xidmət göstərir. Təlimin ün- sürləri və qanunları ilə prinsipləri arasındakı əlaqələri nəzərdən keçirək (bax: sxemə). Təlim prinsiplərinin göstərilən təsnifatı şərtidir, çünki real təcrübədə təlim vahid, bütöv bir proses kimi cərəyan edir. Prinsiplərin mahiyyətini ayrılıqda nəzərdən keçirək. Təlimin həyatla əlaqələndirilməsi prinsipi. Bu prinsip təlimi təkcə kitab üzrə deyil, həyatla sıx əlaqəli şəkildə qurmağı nəzərdə tutur. Belə əlaqə təlimə şüurlu xa- rakter verir, fənnin həyati əhəmiyyətinin başa düşülməsinə kömək edir, ona marağı artırır.
Prinsipin tətbiqi aşağıdakı qaydalara əməl etməklə bağlıdır:
- fənnin, mövzunun həyati əhəmiyyətini başa salmaq;
49
Təlimin ünsürləri və şəraiti
|
|
Təlimin prinsipləri
|
Təlimin qanunları (qanunauyğun əl
|
aqələr)
|
|
|
|
|
Təlimin məqsəd və vəzifələri
|
Ümumi qanunlar
|
I. Təlimin cəmiyyətin tələbatı və həyatla əlaqəsi
qanunu
|
1. Təlimin həyatla əlaqələndirilməsi prinsipi
|
Ümumi prinsiplər
|
II. Təlimdə təhsil, tərbiyə və inkişaf proseslərinin
vəhdəti qanunu
|
2. Təlimin təhsilverici, tərbiyəedici və inkişafetdirici prinsipi
|
Təhsilin məzmunu
|
III. Mənimsəmə səviyyəsinin təlimin elmliyi və
sistemliliyindən asılılığı qanunu
|
Təlimdə elmilik prinsipi
Təlimdə sistematiklik prinsipi
|
Təlimin vasitə, metod və təşkili formaları
|
IV. Təlimdə konkretlə mücərrədin vəhdəti qanunu
|
5. Təlimdə əyanilik prinsipi
|
V. Təlimin səmərəsinin öyrənmə fəaliyyətinin
xarakterindən asılılığı qanunu
|
6. Təlimdə şüurluluq və fəallıq prinsipi
|
VI. Təlimdə məqsədin məzmunu, vasitə, metod və
təşkili formalarını şərtləndirməsi qanunu
|
7. Təlimin optimal təşkili prinsipi
|
Təlim şəraiti
|
VII. Təlimin səmərəsinin öyrənənlərin real təhsil
imkanları ilə şərtlənməsi qanunu
|
Təlimdə müvafiqlik (insanın təbiətinə uyğunluq) prinsipi
Təlimdə fərdi yanaşma prinsipi
|
VIII. Təlim prosesinin onun cərəyan etdiyi
şəraitdən asılılığı qanunu
|
10. Təlim üçün zəruri şəraitin yaradılması prinsipi
|
Təlimin nəticələri
|
IX. Təlimin nəticəsinin bilik və bacarıqların
möhkəmliyi ilə şərtlənməsi qanunu
|
11. Bilik və bacarıqların möhkəmlən-dirilməsi prinsipi
|
Ali məktəbdə təlimin məqsəd, məzmun, metod və formaları
|
Xüsusi qanunlar
|
X. Təlimin peşə hazırlığı ilə əlaqəsi qanunu
|
12. Təlimin peşəyönümlüyü prinsipi
|
Xüsusi prinsiplər
|
XI. Təlim və elmi fəaliyyətin vəhdəti qanunu
|
13. Təlimin elmi fəaliyyətlə əlaqələndirilməsi prinsipi
|
XII. Təlimin kollektiv və fərdi iş formalarının vəhdəti qanunu
|
14. Təlimdə kollektiv və fərdi iş formalarının əlaqələndirilməsi prinsipi
|
təlimin məzmununu həyatla əlaqələndirmək;
keçilən mövzuları tələbələrin təsəvvürləri, müşahidələri, həyati təcrübələri ilə əlaqələndirmək;
bilikləri müxtəlif növ praktik işlərə tətbiq etmək.
Dostları ilə paylaş: |