Pedaqogika kafedrasi ali MƏKTƏb pedaqogikasi


Təlimin optimal təşkili prinsipi



Yüklə 280,35 Kb.
səhifə33/90
tarix25.09.2023
ölçüsü280,35 Kb.
#148080
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   90
lazım olsa əlavə mənbə

Təlimin optimal təşkili prinsipi. Bu prinsip məqsəddən və konkret şəraitdən çıxış edərək, ən münasib (optimal) təlim variantı seçib tətbiq etməyi və mümkün olan yüksək nəticəyə nail olmağı nəzərdə tutur.
Təlimin optimallaşdırılması şablon və stereotiplərdən uzaqlaşmağa, işə yaradıcı yanaşmağa, qarşıda duran vəzifələrin optimal həlli yollarını tapmağa imkan verir. Bu da yeni pedaqoji təfəkkürün mühüm şərtini təşkil edir.
Təlimin optimal təşkili prinsipi müxtəlif qaydalarla həyata keçirilir:

  • təlimin qarşısında duran vəzifələri (təhsil, tərbiyə və inkişaf) düzgün müəy- yənləşdirmək;

  • təlimin optimal məzmununu (nə öyrəniləcək, hansı sistemdə, hansı həcmdə, hansı çətinlikdə və s.) müəyyənləşdirmək;

  • konkret mövzu və auditoriya üçün optimal metodik variant seçib tətbiq etmək;

  • nəticələri optimallıq baxımından (az vaxt və qüvvə sərf etməklə mümkün olan yüksək nəticə əldə edilməsi) təhlil edib, öz işini qiymətləndirmək.

Müvafiqlik prinsipi. Bu prinsip təlimi tələbələrin yaş və anlama səviyyəsinə, gücünə uyğun qurmağı nəzərdə tutur. Təlim gücə uyğun olmadıqda tələbədə özünə inamsızlıq baş qaldırır, müəllimin zəhməti, səyi hədər gedir. Bunun üçün elmi informasiyaların həcmi, çətinliyi, mənimsənilmə tempi tələbələrin real təhsil im- kanlarına uyğun qurulmalıdır.
Müvafiqlik prinsipi bir neçə qaydada həyata keçirilir: a) asandan çətinə; b) mə- lumdan məchula (məchulu məlum əsasında öyrətmək); c) ümumidən xüsusiyə (ob- yekt haqqında ümumi təsəvvür verdikdən sonra onun xüsusi hallarına keçmək); ç) sadədən mürəkkəbə (sadə məsələlərdən tədricən mürəkkəb məsələlərə keçmək).
Təlimdə fərdi yanaşma prinsipi. Bu prinsip təlimdə tələbələrin fərdi xüsusiy- yətlərini nəzərə almağı, hər kəsin inkişafı üçün əlverişli şərait yaratmağı və təlimdə uğurlu fərdi cığırını tapmağı tələb edir. Təlimdə fərdi yanaşmanın vacibliyi onunla bağlıdır ki, qrupdakı tələbələrin qüvvə və imkanları eyni deyildir: bəziləri təlim mate- rialını tez qavrayıb uzun müddət yadda saxlaya bildikləri halda, başqaları gec öyrənib tez də unudurlar. Müəllim bu göstəricilər üzrə hər bir tələbənin fərdi xüsusiy-

yətlərindən çıxış edərək təlimdə fərdi yanaşmanı həyata keçirir. Bu prinsipin tətbiqində müxtəlif qaydalar əsas götürülür:



  • tələbələrin fərdi maraq və qabiliyyətlərini inkişaf etdirmək;

  • fərdi fərqlərdən çıxış edərək tapşırıqları fərdiləşdirmək və diferensiallaşdırmaq;

  • zəif və yaxşı oxuyan tələbələrlə onların səviyyələrinə uyğun iş aparmaq (fərdi tapşırıqlar, əlavə məşğələlər, məsləhətlər və s.), müəllimin köməyini fərdiləşdirmək;

  • fərdi tədris planı ilə təhsil alan tələbələrlə fərdi işi gücləndirmək.


Yüklə 280,35 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin