Pedaqogika kafedrasi ali MƏKTƏb pedaqogikasi


Təlim üçün zəruri şəraitin yaradılması prinsipi



Yüklə 280,35 Kb.
səhifə34/90
tarix25.09.2023
ölçüsü280,35 Kb.
#148080
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   ...   90
lazım olsa əlavə mənbə

Təlim üçün zəruri şəraitin yaradılması prinsipi. Bu prinsip təlim üçün lazımi şərait yaratmaqla onun səmərəsini yüksəltməyi nəzərdə tutur.
Təlim üçün zəruri şərait dedikdə dörd qrup şərait nəzərdə tutulur: a) tədris – maddi şərait (təlimin dərslik, dərs vəsaitləri, əyani və texniki vasitələrlə təmin edil- məsi); b) gigiyenik şərait (auditoriyanın sahəsi, hava tutumu, temperaturu, işıqlığı və s.); c) mənəvi-psixoloji şərait (demokratik ünsiyyət, humanist münasibət, sağlam mə- nəvi-psixoloji iqlim, pedaqoji etika və s.); ç) təlimdə estetik şərait (məktəbin estetik tərtibi, münasibətdə, nitq və davranışda gözəllik, geyim estetikası).
Bu prinsip müəyyən qaydalarla həyata keçirilir:

  • təlim üçün normal gigiyenik şərait yaratmaq;

  • sağlam mənəvi-psixoloji iqlim yaratmaq;

  • müəllim-tələbə münasibətlərini humanistləşdirmək;

  • tələbələrdə müsbət emosional vəziyyət yaratmaq.

Bilik və bacarıqların möhkəmləndirilməsi prinsipi. Bu prinsip təlimdə tələ- bələrə əsaslı biliklər verməyi, onların hafizədə uzun müddət saxlanmasını təmin et- məyi nəzərdə tutur. Onun əsasında belə bir didaktik qanun durur: təlimdə bilik və ba- carıqlar vaxtında nə qədər möhkəmləndirilirsə, şüurlu şəkildə mənimsənilərək təkrar və tətbiq edilirsə, biliklər bir o qədər möhkəm yadda qalır.
Bu prinsipin həyata keçirilməsində müəyyən qaydalar gözlənilməlidir:

  • bilik və bacarıqların ilkin mənimsənilməsində tələbələrin fəallıq və şüurluluğu- nu təmin etmək (yeni material nə qədər şüurlu və fəal şəkildə mənimsənilərsə, biliklər daha möhkəm yadda qalar);

  • möhkəmləndirmə zamanı hafizə (yaddaş) və təfəkkürün işini əlaqələndirmək (yeknəsək təkrar yorucu və mexaniki xarakter daşıyır, bu halda biliklər tez unudulur);

  • öyrənilən elmi bilikləri müntəzəm olaraq həyata və çalışmalara tətbiq etmək (bilik nə qədər çox tətbiq edilirsə, bir o qədər möhkəm yadda qalır);

  • biliklərin möhkəmliyi üçün bütün vasitələri (ilkin mənimsəmədə şüurluluq, təkrar və təfəkkürün vəhdəti, yaradıcı tətbiqetmə və s.) kompleks şəkildə tətbiq etmək.

Biz yuxarıda təlim prosesini tənzimləyən didaktik prinsipləri nəzərdən keçirdik. Bu prinsiplər bütövlüklə tədris müəssisələrindəki təlim prosesi üçün səciyyəvidir. Lakin ali məktəbdə tədris prosesinin özünəməxsus xüsusiyyətləri vardır ki, onlar da digər prinsiplərə tənzimlənir. Ali məktəbdə təlimin spesifik prinsipləri kimi bunları qeyd etmək olar: a) təlimin peşə yönümlülüyü; b) təlimin elmi fəaliyyətdə əlaqələn- dirilməsi; c) təlimdə kollektiv və fərdi işin əlaqələndirilməsi prinsipləri.


Həmin prinsipləri qısaca nəzərdən keçirək.

Yüklə 280,35 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin