Təlimin peşəyönümlüyü prinsipi. Bu prinsip ali məktəbdə təlim prosesini öy- rənilən peşəyə istiqamətləndirməyi nəzərdə tutur və belə bir qanuna əsaslanır: ali məktəbdə təlim prosesi nə qədər məqsədyönlü şəkildə peşəyə istiqamətləndirilirsə, peşəyönümü ideyası bütün iş formalarına, tədris olunan fənlərə nə qədər çox nüfuz edirsə, gənclərin bir mütəxəssis kimi hazırlıq səviyyəsi də bir o qədər yüksək olur.
Bu prinsip müəyyən didaktik qaydalarlahəyata keçirilir:
ayrı-ayrı fənlərin məzmunu və imkanları çərçivəsində müxtəlif vasitə və me- todlardan istifadə etməklə peşəyönümü işini həyata keçirmək;
fənndaxili və fənlərarası əlaqələrdən peşəyönümü işində istifadə etmək;
ali məktəbdə, fakültədə peşəyönümü mühiti yaratmaq;
fakültədə fəaliyyət göstərən kafedralar arasında peşəyönümü işini əlaqələndirmək.
Təlimin elmi fəaliyyətlə əlaqələndirilməsi prinsipi. Bu prinsip ali məktəbdə təlim prosesini elmi fəaliyyətlə vəhdətdə aparmağı nəzərdə tutur. Onun əsasında belə bir qanun durur: təlim və elmi fəaliyyət bir-birilə nə qədər düzgün və məqsədyönlü şəkildə əlaqələndirilirsə, tələbələr elmi axtarışlara geniş cəlb edilirsə, mütəxəssis ha- zırlığının keyfiyyəti bir o qədər yüksək olur.
Prinsipin reallaşması müəyyən qaydalarlahəyata keçirilir:
tələbələri yeni elmi kəşflərlə, eləcə də elmin həll edilməmiş problemləri ilə elmi metodlarla tanış etmək:
tələbələri elmi problemlərin həllinə cəlb etmək;
tədris prosesində elmi diskussiyalara geniş yer vermək;
tələbələrin təlim işini elmi işlə sıx əlaqələndirmək;
kafedraların elmi-tədqiqat işlərini mütəxəssis hazırlığının keyfiyyətini yük- səltmək vəzifəsinə yönəltmək.
Təlimdəkollektivvəfərdiişformalarınınəlaqələndirilməsiprinsipi. Bu prinsip təlimin təşkilinin kollektiv və fərdi formalarını düzgün əlaqələndirməyi nə-
zərdə tutur. Ali məktəbdə təlimin kollektiv forması üstünlük təşkil etsə də elmibiliklərin mənimsənilməsi prosesi fərdi səciyyə daşıyır. Hər tələbənin zehni yükünü düzgün müəyyənləşdirmək və buna müvafiq olaraq onunla fərdi iş aparmaq lazım gəlir.
Fərdi iş forması müxtəlif məzmunda ola bilər: icmal tərtibi; mühazirə mətn- lərinin tərtibi; laborator və praktik işlərin icrası; proqramın nisbətən çətin möv- zularının öyrənilməsi; yeni mövzu ilə bağlı əvvəllər keçilən materialların təkrarı; müəyyən problem üzrə ədəbiyyatla tanışlıq; ilk mənbələr üzərində iş, elmi iş və s.
Tələbə fərdi iş formasında semestr ərzində hər fənn üzrə on tapşırığı yerinə yetirməlidir. Müəllim fərdi iş üçün tapşırıqları vaxtaşırı semestrdə üç dəfə (müəyyən qrafik üzrə) yoxlayıb qiymətləndirməlidir (on bala qədər).
Bu prinsipin tətbiqi bəzi qaydalara əməl olunması ilə bağlıdır:
tələbələrin fərdi xüsusiyyətlərini, zehni və psixi inkişaf səviyyələrini, imkan və qabiliyyətlərini yaxşı öyrənmək və bu əsasda fərdi işi müəyyənləşdirmək;
fərdi işlə kollektiv işi düzgün əlaqələndirmək;
fərdi işləri tələbənin gücünə, hazırlıq səviyyəsinə uyğun olaraq optimal şəkildə aparmaq;
fərdi işləri vaxtaşırı (qrafik üzrə) yoxlayıb müvafiq balla düzgün qiymət- ləndirmək və tələbəni həvəsləndirmək.
Nəzərdən keçirilən prinsiplər real təlim prosesində qarşılıqlı vəhdətdə tətbiq olunur və bir-birini şərtləndirir. Hər hansı prinsipə etinasızlıq göstərmək digər prin- siplərin də təsir gücünü zəiflədə bilər.