Pedaqogika kafedrasi ali MƏKTƏb pedaqogikasi


Dərsliklər və dərs vəsaitləri



Yüklə 280,35 Kb.
səhifə38/90
tarix25.09.2023
ölçüsü280,35 Kb.
#148080
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   ...   90
lazım olsa əlavə mənbə

Dərsliklər və dərs vəsaitləri. Dərslik – tədris proqramı əsasında və ona müvafiq tərtib edilən sənəddir: proqramda göstərilən mövzular dərslikdə açılır, elmi biliklər tələbələrin səviyyəsinə, təlim prinsiplərinə uyğun olaraq şərh edilir.
Dərslik tərtibində iki cəhət diqqət mərkəzində durmalıdır: məqsədin qoyuluşu – tələbələrdə öyrənmə motivi yaradılması (I ünsür); elmi biliklərin məzmununun di-

daktik cəhətdən işlənməsi (II ünsür). Bu vəzifələri ödəmək baxımından dərsliyin dörd tipi ayırd edilir: a) didaktik tip (hər iki ünsür nəzərə alınır); b) doğmatik tip (I ünsür çatmır); c) deklarativ tip (II ünsür çatmır); ç) monoqrafik tip ( hər iki ünsür çatmır). Bunlardan I tip ən səmərəli, II və III tip qeyri-səmərəli, IV tip isə tam yararsız dərslik tipi hesab olunur.


Dərslik müəyyən tələblərə cavab verməlidir:

  • proqrama uyğun olmalı, orada qoyulmuş məsələləri elmin son nailiyyətləri əsasında şərh etməlidir:

  • təlimin tərbiyəedici və inkişafetdirici vəzifələrinin həllinə kömək göstərməlidir;

  • tələbələrin müstəqil işi üçün istiqamət verməlidir;

  • metodik cəhətdən tələbələrin anlama səviyyəsinə müvafiq tərtib edilməli, materialların mənimsənilməsinə kömək edən metodik aparata malik olmalıdır (sual- lar, tapşırıqlar, izahlar, nümunələr, əyanilik və s.);

  • dərslik səhiyyə-gigiyenik tələblərə cavab verməlidir (şriftərin ölçüsü, kağızın rəngi, sətirarası məsafələr və s.)

Tədris proqramına tam uyğun tərtib edilən dərslikdən fərqli olaraq dərs vəsaitləri proqramın müəyyən bölmə və mövzularının geniş şərhinə həsr olunur. Dərslik və dərs vəsaitlərindən əlavə təlimdə elektron tədris materiallarından da istifadə edilir (videodisklər, videokasetlər və s.).


    1. Təlim metodları və onların təsnifatı


Təlim prosesini səmərəli qurmaq üçün müəllim təlim metodlarını yaxşı bilməli, yerinə görə onları düzgün seçib tətbiq etməlidir. Bu məsələdə müəllimin səhvi və ya laqeydliyi təlimin və mütəxəssis hazırlığının keyfiyyətinə mənfi təsir göstərir. Yanlış, qeyri-səmərəli metodlarla yüksək təlim-tərbiyə nəticələrinə nail olmaq mümkün deyildir.
Metod” yunan sözü olub (“methodos”), nəyəsə nail olmaq yolu deməkdir. Pe- daqoji ədəbiyyatda metodla yanaşı, ərəb sözü olan “üsul” termini də işlədilir.
Təlim metodu dedikdə, təlim prosesində qarşıya qoyulmuş məqsədə nail olmaq üçün öyrədən və öyrənənlərin birgə fəaliyyətinin yolları başa düşülür. Metod öz tə- biətinə görə mürəkkəb və çoxcəhətli analyışdır. Hər metod özündə müxtəlif priyom- ları (tərzləri) birləşdirir.

Təlim metodları təlim prosesində çox böyük rol oynayır. O, təlimin qanunlarının, prinsiplərinin, məqsəd və məzmununun reallaşmasına xidmət edir:


qanun → prinsip → qayda
metod → forma → nəticə
məqsəd → məzmun → vasitə
Sxemdən göründüyü kimi, təlim prosesinin komponentləri içərisində metod mərkəzi yer tutur; o, digər komponentləri reallışdırıb yüksək nəticənin alınmasında həlledici əhəmiyyətə malikdir.
Təlim metodları bir çox funksiyanı yerinə yetirir: təhsil, tərbiyə, inkişafetdirici, stimullaşdırıcı, nəzarət-qiymətləndirmə və b. funksiyalar.
Hər bir metod təlimdə özünəməxsus aparıcı, dominant funksiyanı yerinə yetirməklə yanaşı, digər funksiyaların da həyata keçirilməsində müəyyən dərəcədə iştirak edir.
Təlim metodları yerinə yetirdikləri dominant funksiyalara görə müxtəlif qruplara bölünür.

Yüklə 280,35 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin