Təlim metodlarının təsnifatı. Təlim metodları çoxdur (100-dək). Onların təs- nifatında alimlər arasında vahidlik yoxdur. Pedaqoji ədəbiyyatda təlim metodlarının müxtəlif təsnifatı irəli sürülmüşdür. Onların bir qismini nəzərdən keçirək:
bilik mənbələrinə görə: söz, əyani və praktik metodlar;
didaktik vəzifəyə görə: yeni biliyin verilməsi, bilik və bacarıqların möhkəm- ləndirilməsi, yoxlanması metodları;
tələbələrin dərketmə fəaliyyətinə görə: izahlı-illüstrativ, reproduktiv, problemli şərh, qismən axtarış və ya evristik, tədqiqatçılıq metodları;
təlimin mərhələlərinə görə: yeni tədris materialının, əsasən, qavranmasına xidmət edən metodlar; bilik, bacarıq və vərdişlərin, əsasən, formalaşmasına xidmət edən metodlar; bilik, bacarıq və vərdişlərin, əsasən, tətbiqinə xidmət edən metodlar; təlimdə müvəffəqiyyətə nəzarət metodları.
Təlimdə məqsədin bütün komponentləri şərtləndirməsi barədə qanundan görün- düyü kimi, metod ilk növbədə məqsədə xidmət edir və onunla müəyyənləşir: “məqsəd, qanun kimi, fəaliyyətin metod və vasitələrini müəyyən edir” (K.Marks).
Əsas didaktik məqsədlərə müvafiq olaraq təlim metodlarını aşağıdakı kimi təsnif etmək olar.
Didaktik məqsədlər
|
Təlim metodları
|
1. Təsəvvürlərin formalaşdırılması (qavrama)
|
1. Təsəvvürlərin formalaşdırılması (qavrama) me-
todları
|
2. Nəzəri biliyin (anlayış və qanunların) mə-
|
2. Nəzəri biliyin (anlayış və qanunların) mənimsədil-
|
nimsədilməsi və möhkəmləndirilməsi (anla- ma və möhkəmlətmə)
|
məsi və möhkəmləndirilməsi (anlama və möhkəm- lətmə) metodları
|
3. Bacarıq və vərdişlərin formalaşdırılması
(tətbiqetmə)
|
3. Bacarıq və vərdişlərin formalaşdırılması (tətbiq-
etmə) metodları
|
4. Bilik, bacarıq və vərdişlərin yoxlanması
(nəzarət)
|
4. Təlimdə nəzarət metodları
|
Metodların belə təsnifatı idrakın bütün pillələrini, habelə təlim prosesini bütöv- lükdə əhatə etməyə imkan verir: I qrup metodlar hissi qavramanı, II qrup – məntiqi idrakı, III qrup – biliklərin praktikaya və çalışmalara tərbiqini, IV qrup – nəzarət və qiymətləndirməni təmin edir. Əlbəttə, bu təsnifat (eləcə də bütün təsnifatlar) şərtidir, çünki təlim prosesində bütün metodlar qarşılıqlı əlaqədə çıxış edir, bir-birini tamamlayır.
Dostları ilə paylaş: |