Pedaqogika kafedrasi ali MƏKTƏb pedaqogikasi



Yüklə 280,35 Kb.
səhifə47/90
tarix25.09.2023
ölçüsü280,35 Kb.
#148080
növüMühazirə
1   ...   43   44   45   46   47   48   49   50   ...   90
lazım olsa əlavə mənbə

Sual və tapşırıqlar


  1. Təlim metodlarının bütöv təlim prosesindəki rolunu izah edin.

  2. Təlim metodlarının təsnifatı ilə bağlı müxtəlif yanaşmalara münasibətinizi bildirin.

  3. Əsas didaktik məqsədlərə görə təlim metodları hansı qruplara bölünür? Hər qrupun məqsədini izah edin.

  4. İnteraktiv metodları səciyyələndirin.

  5. İxtisas üzrə bir məşğələni müşahidə edərək müəllimin hansı metodlardan və necə istifadə etdiyini müəyyənləşdirin.

  6. Təlim texnologiyalarının metodlardan fərqi nədir? Təlimdə hansı texnolo- giyalardan istifadə olunur?

Ədəbiyyat


  1. Azərbaycan Respublikası Təhsil Qanunu. B., 2009.

  2. Azərbaycanda təhsil siyasəti. B., “Təhsil”, 2005.

  3. Rüstəmov F., Dadaşova T. Ali məktəb pedaqogikası. B., 2007.

  4. Mehrabov A., Abbasov Ə., Həsənov R. Pedaqoji texnologiyalar. B., 2006.

  5. Kərimov Y. Təlim metodları. B., 2007.



  1. mühazirə


Ali məktəbdə təlimin təşkili formaları. Təlimdə nəzarət qiymətləndirmə


Plan:


  1. Təlimin təşkili formaları anlayışı və onların təsnifatı.

  2. Mühazirə və ona verilən tələblər.

  3. Praktik məşgələlər.

  4. Tələbələrin müstəqil işi və elmi yaradıcılığı.

  5. Tədris və istehsalat təcrübəsi.

  6. Kurs və buraxılış işləri. Məsləhətlər.

  7. Təlimdə nəzarət və qiymətləndirmə



    1. Təlimin təşkili formaları anlayışı və onların təsnifatı


Təlimin səmərəsi onun hansı formada təşkilindən çox asılıdır. Təlimin məqsədi, məzmunu və metodları onun təşkili forması ilə həyata keçirilir.
Təlimin təşkili forması dedikdə, təlim prosesinin zahiri tərəfi, təlim subyekt- lərinin (müəllim və tələbələrin) müəyyən qaydada və rejimdə cərəyan edən birgə fəaliyyətlərinin zahiri ifadəsi başa düşülür.
Təlim formalarının təsnifatı müxtəlif amillərə əsasən aparılır. Tələbələrin tər- kibinə və sayına görə fərdi, cüt, qrup və kollektiv formalar ayırd edilir.
Təlim işinin məqsəd vəzifəsinə görə təlim formaları üç qrupa bölünür:
1) nəzəri məşğələ formaları (mühazirə, seminar məşğələsi, tələbə müstəqil iş- ləri, tələbə fərdi işləri, məsləhətlər və s.); 2) praktik məşğələ formaları (laborator və praktik işlər, kurs və buraxılış işləri, istehsalat və pedoqoji təcrübələr və s.); 3) nəzarət formaları (yoxlama işləri, kollokvium, zaçot (məqbul) və imtahanlar, kurs və buraxılış işlərinin müdafiəsi və s.).
Bu formaların hər biri müəyyən vəzifəni yerinə yetirir. Ali məktəbdə tətbiq olunan təlimin əsas təşkili formalarını nəzərdən keçirək.



    1. Yüklə 280,35 Kb.

      Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin