Pedaqogika kafedrasi ali MƏKTƏb pedaqogikasi


Təlim müvəffəqiyyətinin qiymətləndirilməsi



Yüklə 280,35 Kb.
səhifə55/90
tarix25.09.2023
ölçüsü280,35 Kb.
#148080
növüMühazirə
1   ...   51   52   53   54   55   56   57   58   ...   90
lazım olsa əlavə mənbə

Təlim müvəffəqiyyətinin qiymətləndirilməsi. Təlimdə nəzarət, yoxlama mü- vəffəqiyyətin qiymətləndirilməsi ilə nəticələnir. Qiymətləndirmə təlim prosesini ta- mamlayan pillədir. O, təlimin səmərə və keyfiyyətini yüksəltməyə, əks əlaqə yarat- mağa, tələbələrin bilik və bacarıqlarındakı uğurlu və zəif cəhətləri aşkara çıxarmağa kömək edir. Qiymətləndirmə bir neçə funksiyanı yerinə yetirir: nəzarət, öyrədici, stimullaşdırıcı, tərbiyə funksiyaları.
Qiymət çox incə bir pedaqoji vasitədir; o, tələbələri həvəsləndirə də bilər, ruh- dan sala da bilər. Hər şey qiymətin necə verilməsindən, ədalətli olub-olmamasından asılıdır. Qiymətləndirmə zamanı bəzi şərtləri gözləmək lazımdır:

  1. qiymət obyektiv, ədalətli olmalı, tələbənin faktik bilik səviyyəsini düzgün əks etdirməlidir. Qiyməti «şişirtmək» və ya «kəsmək», bu zaman əliaçılıq və ya xəsislik etmək eyni dərəcədə zərərlidir: birinci halda tələbələrdə arxayınçılıq, ikinci halda isə öz qüvvəsinə inamsızlıq baş verir. Buna yol verməmək üçün qiymətin müvafiq nor- malara, meyarlara tam uyğun olmasını təmin etmək lazımdır;

  2. verilən qiymət tələbələr tərəfindən dərk olunmalıdır: müəllim qiyməti (rəqəmi) sadəcə elan etməklə kifayətlənməməli, onu əsaslandırmalıdır. Yəni tələbənin nə üçün

«kafi», «qeyri-kafi», «yaxşı» və «əla» qiymət aldığını sözlə xarakterizə etməlidir. Bu
halda tələbə öz nöqsanlarını başa düşər, müəllimi ədalətsizlikdə təqsirləndirməz;

  1. qiymətləndirmə zamanı tələbənin təkcə nəyi öyrənməsini deyil, həm də necə öyrənməsini — şüurlu, yoxsa mexaniki öyrənməsini, materialı dərk etdiyini, yoxsa əzbərlədiyini nəzərə almaq lazımdır. Bu, tələbələrin təlimə şüurlu yanaşmalarında, mühüm rol oynayır. Çünki tələbələr müəllimin sorğu metodikasına uyğun olaraq təlim materiallarını öyrənir, məşğələdə cavab verməyə hazırlaşırlar.

Qiymət meyarları. Bilik və bacarıqların qiymətləndirilməsi üçün müxtəlif meyarlardan istifadə olunur. Dünya təcrübəsində müxtəlif bal qiymətləri tətbiq edilir (5 baldan 100 bala qədər). Boloniya prosesinə daxil olan ölkələrdə vahid qiymət meyarı – 100 bal tətbiq olunur. Azərbaycanın ali məktəbləri də çoxballı qiymət sisteminə keçmişdir. Qiymətləndirmə «Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında Əsasnamə»yə uyğun olaraq aparılır (Əsasnamə təhsil nazirinin 15.05.2003-cü il 420 saylı əmri ilə təsdiq olunmuşdur).
Tələbələrin imtahanlarda, məşğələlərdə cavabları qiymətləndirilərkən müvafiq meyarlardan istifadə olunur. Qiymət balları müxtəlif göstəricilər əsasında verilir. Qiymətləndirmədə nəzərə alınan əsas göstəricilər bunlardır: a) biliyin həcmi (proq- ram materialları tam və ya qismən mənimsənilib?); b) biliyin dərk edilməsi (şüurlu, yoxsa mexaniki öyrənilib, tələbə keçilmiş materialı nə dərəcədə başa düşür, cavabı düzgündürmü, fikirlərini əsaslandıra bilirmi, müstəqil fikir söyləyə bilirmi?); c) biliyin tətbiqi (tələbə nəzəri biliyi həyata, çalışmalara müstəqil tətbiq edə bilirmi?); ç) biliyin ifadə olunması (tələbə fikirlərini ədəbi dildə düzgün ifadə edə bilirmi, danışığında və yazıda səhvlərə yol verirmi?).
Tələbənin biliyinin qiymətləndirilməsi zamanı təlim formalarının, ayrı-ayrı iş sahələrinin xüsusiyyətləri nəzərə alınmalıdır.

Yüklə 280,35 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin