Pedaqogika kafedrasi ali MƏKTƏb pedaqogikasi



Yüklə 280,35 Kb.
səhifə52/90
tarix25.09.2023
ölçüsü280,35 Kb.
#148080
növüMühazirə
1   ...   48   49   50   51   52   53   54   55   ...   90
lazım olsa əlavə mənbə

Tələbə elmi işləri


Ali təhsil iki başlıca fəaliyyətə ‒ tədris və elmi fəaliyyətə əsaslanır. Gələcək mütəxəssis həm dərin elmi biliklərə yiyələnməli, həm də yaradıcı fəaliyyətə hazırlanmalıdır. Buna görə də tələbələri hələ aşağı kurslardan elmi fəaliyyətə cəlb etmək lazımdır. Vaxtilə Zaqafqaziya Müəllimlər Seminariyasında bu sahədə müsbət təcrübə əldə edilmişdir. F.B.Köçərli, U.Hacıbəyli, R.B.Əfəndiyev və başqaları hələ tələbə ikən ciddi elmi-tədqiqat işi ilə məşğul olmuş, bir çox əsərlərini seminariyada oxuyarkən yazmağa başlamışlar.
Müasir şəraitdə tələbələrin elmi fəaliyyəti iki yolla həyata keçirilir:
a) auditoriya məşğələləri ilə bağlı işlər; b) auditoriyadankənar elmi işlər.

Birinci halda tələbənin elmi fəaliyyəti tədris prosesinin tərkib hissəsi kimi özünü göstərir. Belə elmi axtarıcılıq işləri tələbə tədris tədqiqat işləri (TTTİ) adlanır. Buraya kurs işləri və layihəsi, diplom işləri və layihəsi, buraxılış işləri, habelə mühazirə, seminar, laborator və praktik məşğələlərlə, istehsalat və pedaqoji təcrübə ilə əlaqədar, habelə xüsusi kurs və seminarlar üzrə tədqiqat xarakterli tapşırıqların icrası və s. da- xildir. Tədrislə bağlı tədqiqat işləri fənn və mövzudan, qarşıya qoyulan təlim məq- sədindən asılı olaraq tələbələri çox müxtəlif elmi fəaliyyətə cəlb etməyi nəzərdə tutur. Məsələn, müəyyən bir problem üzrə müxtəlif mənbələri oxuyub təhlil etmək, ümumi- ləşdirmək, təsnifat aparmaq, eyni problemlə bağlı müxtəlif konsepsiyaları müqayisə etmək, qruplaşdırmaq, onlara tənqidi münasibət göstərmək və s. Kurs, buraxılış və diplom işləri, elmi-tədqiqat xarakterli iş formaları mümkün qədər nəzəri və təcrübi- eksperimental səciyyə daşımalıdır.


Ali məktəbdə tələbələri elmi işə cəlb etməyin ikinci yolu auditoriyadankənar elmi fəaliyyətin təşkilidir. Bu cür elmi işlər tələbə elmi-tədqiqat işləri (TETİ) şəklində özü- nü göstərir. Hazırda universitetlərdə TETİ-nin müxtəlif formaları fəaliyyət göstərir: tələbə elmi dərnəkləri, elmi klublar; tələbə elmi laboratoriyaları; elmi konfranslar, se- minar və simpoziumlar; fənn olimpiadaları; tələbə elmi işlərinin müsabiqəsi; yay elmi məktəbləri; tələbə konstruktor bürosu; təsərrüfat müqaviləsi üzrə tədqiqat işləri və s.
Elmi fəaliyyətlə məşğul olan tələbələr tələbə elmi cəmiyyətində (TEC) birləşirlər.
Tələbə elmi işinə kafedranın rəhbərliyi müxtəlif istiqamətlərdə təmin olunur:

  1. kafedra nəzdində tələbə elmi dərnəklərinin təşkili;

  2. kafedra və laboratoriyaların elmi-tədqiqat mövzularının işlənməsində tələbə- lərin iştirakı;

  3. istehsalat və pedaqoji təcrübə dövründə tələbələrin elmi-tədqiqat xarakterli tapşırıqları yerinə yetirmələri;

ç) ümumi tədqiqat planı və ya xüsusi tematika üzrə kurs, diplom və laborator işlərinin icrası və s.
TTTİ və TETİ gələcək mütəxəssislərin yaradıcı şəxsiyyətlər kimi formalaşması- na kömək göstərir.



    1. Yüklə 280,35 Kb.

      Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin