Pedaqogika kafedrasi ali MƏKTƏb pedaqogikasi



Yüklə 280,35 Kb.
səhifə54/90
tarix25.09.2023
ölçüsü280,35 Kb.
#148080
növüMühazirə
1   ...   50   51   52   53   54   55   56   57   ...   90
lazım olsa əlavə mənbə

Məsləhətlər – ali məktəbdə tədris prosesinin zəruri tərkib hissəsi, mühüm təş- kili forması olmaqla bir neçə funksiyanı yerinə yetirir: öyrədici, stimullaşdırıcı, nəzarət funksiyası.
Məsləhətlərin müxtəlif növləri vardır:
- xarakterinə görə: məcburi və könüllü məsləhətlər; didaktik məqsədə görə: me- todik, problematik və nəzarət məqsədi ilə məsləhətlər; təlim prosesinin mərhələlərinə görə: giriş, cari və yekun məsləhətlər; tərkibinə görə: kollektiv, qrup və fərdi

məsləhətlər.


Məsləhətlərin aparılması metodları da müxtəlifdir: sual-cavab, söhbət, diskus- siya və s. Tələbələrin hazırlıq səviyyəsindən, qoyulan məsələnin çətinlik dərəcəsin- dən və s. asılı olaraq müvafiq məsləhət metodu seçilib tətbiq edilir.
    1. Təlimdə nəzarət və qiymətləndirmə


Təlim müvəffəqiyyətinə nəzarət. Ali məktəbdə müvəffəqiyyətə nəzarət, biliyin yoxlanması və qiymətləndirilməsi təlim prosesində mühüm yer tutur, bu prosesin vacib bir ünsürünü təşkil edir. Nəzarətin məqsədi tələbənin bilik, bacarıq və vərdiş- lərinin keyfiyyətini aşkara çıxarmaqdan, onların qarşıya qoyulmuş məqsədə uyğun- luq dərəcəsini müəyyən etməkdən ibarətdir.
Nəzarət müvəffəqiyyətin hesaba alınması, yoxlama qiymətləndirmə ilə sıx bağlıdır. Hesabaalma (uçot) nəzarətin müəyyən sənədlərdə (jurnallarda, imtahan və- rəqələrində və s.) əks olunmasıdır. Yoxlama nəzarət prosesi, onun vasitəsidir. Qiymət yoxlamanın nəticəsi, müvəffəqiyyətin kəmiyyət göstəricisi, onun balla (rəqəmlə) ifadəsidir.
Nəzarət monitorinq, diaqnostika anlayışları ilə də sıx bağlıdır. Monitorinq təlim (yaxud mənimsəmə) prosesinin mövcud vəziyyəti və səviyyəsinin öyrənilməsi, əldə olunan nəticələrin qarşıya qoyulmuş məqsədlər baxımından təhlil edilib qiymətləndi- rilməsi (diaqnostika), keyfiyyəti yüksəltmək yollarının müəyyən edilməsi (proqnoz- laşdırma) və bu məqsədlə lazımi korreksiya işi aparılması proseslərini özündə birləşdirən müntəzəm nəzarət deməkdir. Deməli, monitorinqdə nəzarət, diaqnostika, qiymətləndirmə, korreksiya və proqnozlaşdırma kimi proseslər vəhdət halında çıxış edir. Diaqnostika təlim prosesinin başvermə şəraitini, nəticələrini, nöqsanlarmı üzə çıxarmaq, onları təhlil edib qiymətləndirmək, sonrakı inkişafını proqnozlaşdırmaq kimi elementləri özündə birləşdirən mürəkkəb sistemdir.
Pedaqoji nəzarət bir neçə funksiyanı yerinə yetirir: yoxlama, diaqnostik, proq- nostik, təhsil, tərbiyə funksiyası.
Pedaqoji nəzarət müəyyən prinsiplər əsasında həyata keçirilir: nəzarətin sistemliliyi, fərdiliyi, hərtərəfliliyi, obyektivliyi prinsipləri.

Ali məktəbdə pedaqoji nəzarət müxtəlif növlərdə olur. Keçirilmə vaxtı və həll etdiyi vəzifələrə görə nəzarətin bir neçə növü fərqləndirilir: cari (gündəlik), tematik (iri mövzu və bölmələr üzrə), dövri (vaxtaşırı, yarımildə iki-üç dəfə, semestrin so- nunda), yekun nəzarət (kurs bitdikdə, imtahanlar, kurs işi, buraxılış işi və diplom müdafiəsində).


Nəzarətin əhatə dairəsindən, tələbə tərkibindən asılı olaraq fərdi, qrup və frontal nəzarət formalarından istifadə olunur.
Nəzarət müxtəlif metodların vasitəsilə aparılır. Yoxlama və hesabaalma zamani istifadə olunan ümumi metodlara aşağıdakılar daxildir: şifahi və yazılı sorğular, yox- lama işləri, hesabatlar, referat işləri, icmallar, kurs və diplom işləri, yaradıcı tapşı- rıqlar, seminarlar, kollokviumlar, tələbə fərdi işləri, qrafik işlər (sxem və çertyojlar), kurs və diplom işləri, məqbul (zaçot) və imtahanlar (şifahi və yazılı), maşınlı nəzarət və proqramlaşdırılmış nəzarət, test yoxlamaları, özünənəzarət.
Göstərilən metodların vəhdəti pedaqoji nəzarətin və bütövlükdə təlim prosesinin səmərəliliyini təmin etmək baxımından böyük əhəmiyyətə malikdir.

Yüklə 280,35 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin