Pedaqogika kafedrasi ali MƏKTƏb pedaqogikasi


İmtahana görə qiymət ballarının hesablanması



Yüklə 280,35 Kb.
səhifə56/90
tarix25.09.2023
ölçüsü280,35 Kb.
#148080
növüMühazirə
1   ...   52   53   54   55   56   57   58   59   ...   90
lazım olsa əlavə mənbə

İmtahana görə qiymət ballarının hesablanması. Balların maksimum miqdarı 50-dir. Tələbə imtahanda biletə düşən 5 suala cavab verməlidir. Hər sualın cavabı maksimum 10 balla qiymətləndirilir. İmtahanın qiymət meyarları aşağıdakı kimidir:
10 bal – tələbə keçilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hər- tərəflidir.
9 bal – tələbə keçilmiş materialı tam başa düşür, cavabı dəqiqdir və mövzunun məzmununu aça bilir.
8 bal – tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir.
7 bal – tələbə keçilmiş materialı yaxşı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandıra bilmir.
6 bal – tələbənin cavabı əsasən düzgündür.
5 bal – tələbənin cavabında çatışmazlıqlar var, materialı tam əhatə edə bilmir.
4 bal – tələbənin cavabı qismən doğrudur, lakin materialı izah edərkən bəzi səhvlərə yol verir.
3 bal – tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırmağı bacarmır.
1-2 bal – tələbənin mövzudan qismən xəbəri var.
0 bal – suala cavab yoxdur.
Tələbələrin imtahanda aldıqları qiymət balları imtahana qədər semestr (tədris ili) ərzində topladığı ballara əlavə olunur. Konkret fənn üzrə toplanmış balın yekun miqdarına görə tələbənin biliyi aşağıdakı kimi qiymətləndirilir:
91 - 100 bal – «əla» (A); 81 - 90 bal – «çox yaxşı» (B); 71-80 bal – «yaxşı» (C),
61-70 bal – «orta» (D); 51 - 60 bal «kafi» (E); 50-dən az – «qeyri-kafi» (F).
Tələbənin semestr ərzində topladığı bal 17-dən az olduqda o, imtahana buraxıl- mır. İmtahanda aldığı balın miqdarı 17-dən az olduqda onun imtahan balları semestr (tədris ili) ərzində topladığı bala əlavə olunmur; o, həmin fəndən krediti toplamamış hesab olunur. Belə tələbələr tədris ilinin sonunda (yayda) həmin fəndən tam kursu yenidən keçərək imtahana buraxılırlar. Bu dəfə də imtahandan lazımi bal toplaya bilməsələr, növbəti ildə həmin fənni yenidən keçməli olurlar.
Seminar məşğələlərinə görə balların hesablanma qaydası belədir (bakalavr pilləsi üçün): 1) Jurnalda ballar toplanır (4+5+6=15 bal); 2) Orta bal tapılır (15: 3=5 bal); 3) Alınan nəticə fənnin maksimum bal həddinə vurulur (52,5 = 12,5 bal). Seminar məşğələləri üzrə yekun balların düzgün çıxarılması üçün fənni tədris edən müəllim məsuliyyət daşıyır.

Yüklə 280,35 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin