Pedaqogika kafedrasi ali MƏKTƏb pedaqogikasi


Tərbiyənin xüsusiyyətləri



Yüklə 280,35 Kb.
səhifə59/90
tarix25.09.2023
ölçüsü280,35 Kb.
#148080
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   ...   90
lazım olsa əlavə mənbə

Tərbiyənin xüsusiyyətləri. Tərbiyə işi özünəməxsus xüsusiyyətlərə malikdir. Onun düzgün idarə olunması və yüksək səmərə verməsi üçün həmin xüsusiyyətləri yaxşı bilmək və tərbiyə işində nəzərə almaq lazımdır. Bu xüsusiyyətlər aşağıdakılardan ibarətdir:

  1. Tərbiyə çoxamilli prosesdir.

  2. Tərbiyə uzun sürən fasiləsiz prosesdir.

  3. Tərbiyə çoxcəhətli, eyni zamanda bütöv prosesdir.

  4. Tərbiyədə xırda məsələ yoxdur; hər bir “xırda” məsələ şəxsiyyətə müəyyən tə- sir göstərir.

  5. Tərbiyə özünütərbiyə və yenidəntərbiyə ilə dialektik vəhdət təşkil edir. Özünütərbiyə insanın özünü təkmilləşdirmək üçün öz üzərində şüurlu, məq-

sədyönlü işləməsi prosesidir. Özünütərbiyənin əsas vasitələrinə özünümüşahidə, özü- nütəhlil, özünütərbiyə planı və ya proqramının müəyyən edilməsi, özünüinandırma (özünütəlqin), özünənəzarət, özünəhesabat, özünütərif, özünütənqid, özünüqiymətlən- dirmə daxildir. Gəncləri özünütərbiyə vasitələri ilə tanış etmək, bu işə həvəslən- dirmək lazımdır.
Tərbiyə prosesi, bir qayda olaraq, yenidəntərbiyə ilə müşayiət olunur. Yenidəntər- biyənin əsas şərtləri mənfi keyfiyyətləri doğuran səbəbləri aradan qaldırmaqdan, insa- nın münasibətlər sistemini dəyişməkdən, kollektivin tərbiyəvi rolunu güc- ləndirməkdən, insanda özünə inam yaratmaqdan, stimullaşdırıcı tərbiyə metodlarına istinad etməkdən, insanı özünütərbiyə işinə qoşmaqdan ibarətdir.
Tərbiyə prosesinin əsas mərhələləri. Tərbiyə prosesi aşağıdakı mərhələlərdə qurulur: - düzgün davranış normaları və tələbləri ilə tanışlıq; - həmin norma və tələblərə münasibətin formalaşdırılması: düzgün davranış motivlərinin və arzusunun aşılanması; - ictimai davranış normalarına baxış və əqidənin formalaşdırılması; - düzgün davranış təcrübəsinin, adətlərinin yaradılması; - tərbiyənin özünütərbiyəyə keçməsi, insanda özünütərbiyə tələbatının yaranması.

Tərbiyə prosesi bu mərhələlərlə qurulduqda şəxsiyyətin formalaşması və inki- şafını planlı və mütəşəkkil qaydada həyata keçirmək mümkündür.



    1. Yüklə 280,35 Kb.

      Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin